Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəalar

1.1. Bu Qayda "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və siyasi partiyaların maliyyə hesabatlarının formasını,  məzmununu və təqdim edilmə qaydasını müəyyən edir.

1.2. Siyasi partiyalar maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tərtib edirlər.

 

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. siyasi partiya - Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir;

2.1.2. qeyri-kommersiya hüquqi şəxslər - əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən  qurumlardır;

2.1.3. maliyyə hesabatları - istifadəçinin konkret məlumat ehtiyaclarına cavab verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi ilə təşkilatın maliyyə vəziyyəti və maliyyə fəaliyyətinin nəticələri barədə sistemləşdirilmiş məlumatların təqdimatıdır.

 

3. Maliyyə hesabatlarının forması

3.1. Siyasi partiyalar üzrə maliyyə hesabatlarının tərkib hissələri aşağıdakılardan ibarətdir:

3.1.1. maliyyə vəziyyəti haqqında hesabat. 1 nömrəli Forma (1 nömrəli Əlavə);

3.1.2. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat. 2 nömrəli Forma   (2 nömrəli Əlavə);

3.1.3. əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

 

4. Maliyyə hesabatlarının məzmunu

4.1. Maliyyə vəziyyəti haqqında hesabatın məzmunu

4.1.1. Siyasi partiyaların maliyyə vəziyyəti haqqında hesabatına aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.1.1.1. qeyri-maddi aktivlər;

4.1.1.2. torpaq, tikili və avadanlıqlar;

4.1.1.3. daşınmaz əmlaka investisiyalar;

4.1.1.4. uzunmüddətli debitor borcları;

4.1.1.5. sair uzunmüddətli aktivlər;

4.1.1.6. ehtiyatlar;

4.1.1.7. qısamüddətli debitor borcları;

4.1.1.8. pul vəsaitləri onların ekvivalentləri;

4.1.1.9. sair qısamüddətli aktivlər;

4.1.1.10. ehtiyat fondu;

4.1.1.11. bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);

4.1.1.12. uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər;

4.1.1.13. uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;

4.1.1.14. uzunmüddətli kreditor borcları;

4.1.1.15. sair uzunmüddətli öhdəliklər;

4.1.1.16. qısamüddətli faiz xərcləri yaradan öhdəliklər;

4.1.1.17. qısamüddətli qiymətləndirilmiş öhdəliklər;

4.1.1.18. vergi sair məcburi ödənişlər üzrə öhdəliklər;

4.1.1.19. qısamüddətli kreditor borcları;

4.1.1.20. sair qısamüddətli öhdəliklər.

4.2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın məzmunu

4.2.1. Siyasi partiyaların maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata aşağıdakıları əks etdirən maddələr daxil edilir:

4.2.1.1. gəlirlər:

4.2.1.1.1. üzvlük haqları;

4.2.1.1.2 əmlakdan götürülən gəlir;

4.2.1.1.3. tədbirlərdən, mətbu nəşrlərin məqalələrin yayılmasından, gəlirlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir;

4.2.1.1.4. ianələr şəklində gəlir;

4.2.1.1.5. seçki kampaniyası üçün xərclərin ödənilməsi şəklində daxil olan vəsait;

4.2.1.1.6. aşağı təşkilatların ödəncləri;

4.2.1.1.7. dövlət büdcəsindən ayrılan vəsait;

4.2.1.1.8. borcun ya kreditin alınmasından əldə edilmiş məbləğ;

4.2.1.1.9. hüquq varisliyi ya vərəsəlik yolu ilə əldə edilmiş əmlak;

4.2.1.1.10. digər gəlirlər;

4.2.1.2. xərclər:

4.2.1.2.1. cari işlərə sərf olunan vəsait;

4.2.1.2.2. siyasi partiyanın saxlanmasına informasiya təminatına çəkilən xərclər;

4.2.1.2.3. ictimaiyyətlə əlaqələrə seçkilərin keçirilməsinə çəkilən xərclər;

4.2.1.2.4. aşağı təşkilatlara ödənclər;

4.2.1.2.5. kreditlər üzrə faizlər;

4.2.1.2.6. fərdi xərclər;

4.2.1.2.7. sair xərclər;

4.2.1.3. ümumi mənfəət (zərər).

4.3. Əhəmiyyətli uçot siyasəti izahlı qeydlərin məzmunu

4.3.1. Maliyyə hesabatlarının tərkib hissəsi olan əhəmiyyətli uçot siyasəti izahlı qeydlərə aşağıdakı məlumatlar daxil edilməlidir:

4.3.1.1. siyasi partiyaların maliyyə hesabatlarının tərtibi ilə bağlı əhəmiyyətli uçot siyasətlərinin açıqlanmasını təmin edən məlumatlar;

4.3.1.2. maliyyə vəziyyəti haqqında hesabatda göstərilən bütün maddələrin açıqlanmasını təmin edən məlumatlar;

4.3.1.3. maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda göstərilən bütün maddələrin (o cümlədən üzvlük haqqı ödəyən siyasi partiya üzvlərinin sayı ianəni vermiş şəxslər barədə məlumatlar) açıqlanmasını təmin edən məlumatlar.

4.3.2. İanə vermiş şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyət vəsiqəsinin ya onu əvəz edən sənədin seriyası, nömrəsi ianənin məbləği əhəmiyyətli uçot siyasəti izahlı qeydlərdə əks etdirilməlidir.

 

5. Maliyyə hesabatlarının təqdim edilmə qaydası

5.1. Siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti  ilin aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir.

5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verir.

5.3. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirirlər.

5.4. İllik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

5.4.1. siyasi partiyalar üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i daxil olmaqla;

5.4.2. il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i daxil olmaqla;

5.5.3. oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i daxil olmaqla.

 

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.2.