Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 267 Bakı şəhəri, 16
noyabr 2012-ci il
"Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
706 nömrəli Fərmanının 10.4-cü bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 693; 2001, ¹ 11, maddə 722;
2002, ¹ 3, maddə 148, ¹ 7, maddə 455, ¹ 10, maddə 635; 2003, ¹
10, maddə 629; 2005, ¹ 4, maddə 386, ¹ 6, maddə 534, ¹ 8, maddə
782, ¹ 10, maddə 977, ¹ 11, maddə 1061, ¹ 12, maddələr
1228, 1231; 2006, ¹ 3, maddə 297, ¹ 8, maddə 731, ¹ 9, maddə
830, ¹ 10, maddə 902, ¹ 11, maddə 994; 2008, ¹ 2, maddə 108, ¹
4, maddə 316, ¹ 8, maddə 787; 2009, ¹ 2, maddə 148, ¹ 10, maddələr
846, 849, ¹ 12, maddə 1079; 2010, ¹ 6, maddə 555; 2011, ¹10, maddə
971; 2012, ¹ 3, maddə 263, ¹ 5, maddələr 489, 495, ¹ 7, maddə
777) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında notariat hərəkətlərinin
aparılması qaydaları haqqında Təlimat"ın
15-ci hissəsinə aşağıdakı məzmunda
dördüncü abzas əlavə edilsin:
"Notariat
hərəkətləri Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində
olan "ASAN xidmət" mərkəzlərində yerləşən
notariat kontorları tərəfindən aparıldıqda, səyyar xidmətlər
kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər
və sağlamlıq imkanları məhdud uşaqlar
üçün əlavə ödəniş aparılmadan həyata
keçirilir.".
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 21 noyabr.- S.2.