"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 268 Bakı şəhəri, 16 noyabr 2012-ci il

 

 "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanının 10.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 oktyabr tarixli 235 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

"3. Elektron xidmətlər reyestrinin operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.";

1.2. 4.2-ci bənd ləğv edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli Əlavə - "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 2.1.7-ci yarımbənddən "elektron xidmətlər reyestri," sözləri çıxarılsın;

1.3.2. 6.2.3-cü yarımbənddə "xidmətləri qeydə alaraq reyestrini aparmaq və "Elektron hökumət" portalına" sözləri "xidmətlərin qeydə alınaraq Reyestrə" sözləri ilə əvəz edilsin.

 

 

 Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.3.