Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166 nömrəli
qərarı ilə təsdiq edilmiş "Coğrafi göstəricini
qeydə almaq üçün iddia sənədinin verilməsi
və ekspertizası Qaydaları"nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 271 Bakı şəhəri, 19
noyabr 2012-ci il
"Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 29 may tarixli 374-IVQD nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
6 iyul tarixli 2329 nömrəli sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 166
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, ¹ 9, maddə 692; 2002, ¹ 3, maddə 148;
2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752) ilə
təsdiq edilmiş "Coğrafi göstəricini qeydə
almaq üçün iddia sənədinin verilməsi və
ekspertizası Qaydaları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
II fəsil üzrə:
1.1.1.
2-ci hissənin on birinci abzasında "dövlət
rüsumunun" sözləri "müəyyən
edilmiş haqqın" sözləri ilə əvəz
edilsin;
1.1.2.
3-cü hissənin dördüncü abzasının ikinci
cümləsində "Əlavə dövlət
rüsumu" sözləri "Müəyyən edilmiş
haqq" sözləri ilə əvəz edilsin;
1.2.
III fəsil üzrə:
1.2.1.
3.2-ci bəndin ikinci, üçüncü və
dördüncü abzaslarında ismin müvafiq hallarında
"rüsum" sözü ismin müvafiq hallarında
"haqq" sözü ilə əvəz edilsin;
1.2.2.
6.1-ci və 6.4-cü bəndlərdə "rüsum"
sözü "haqq" sözü ilə əvəz edilsin;
1.3.
IV fəsil üzrə:
1.3.1.
2.1.1-ci yarımbəndin "ə)" yarımbəndində
"dövlət rüsumunun" sözləri "müəyyən
edilmiş haqqın" sözləri ilə əvəz
edilsin;
1.3.2.
2.2.1-ci yarımbəndin ikinci abzasında "dövlət
rüsumunu" sözləri "haqqı" sözü ilə
əvəz edilsin;
1.3.3.
2.2.2-ci yarımbəndin üçüncü abzasında
"rüsumun" sözü "haqqın" sözü
ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 21 noyabr.- S.3.