Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 270 Bakı şəhəri, 19 noyabr 2012-ci il

 

  "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 374-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 2329 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 600; 2004, ¹ 3, maddə 193, ¹ 9, maddə 742; 2006, ¹ 5, maddə 463; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752) ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. II fəsil üzrə:

1.1.1. 7-ci hissənin onuncu abzasında "dövlət rüsumunun" sözləri "müəyyən edilmiş haqqın" sözləri ilə əvəz edilsin;

1.1.2. 8-ci bəndin dördüncü abzasının ikinci cümləsində "Əlavə dövlət rüsumu" sözləri "Müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin;

1.1.3. 13.4-cü bəndin adında və mətnində "Rüsumun" sözü "Haqqın" sözü ilə əvəz edilsin;

1.2. III fəsil üzrə:

1.2.1. 17.1-ci bəndin birinci abzasında "müəyyənləşdirilmiş rüsumu" sözləri "müəyyən edilmiş haqqı" sözləri ilə əvəz edilsin;

1.2.2. 17.2-ci bəndin ikinci və üçüncü abzaslarında "rüsumun" sözü "haqqın" sözü ilə əvəz edilsin;

1.2.3. 17.4-cü bəndin dördüncü abzasında "rüsumun" sözü "haqqın" sözü ilə əvəz edilsin;

1.2.4. 20.1-ci və 20.4-cü bəndlərdə "rüsum" sözü "haqq" sözü ilə əvəz edilsin;

1.3. IV fəsil üzrə:

1.3.1. 23.2-ci bəndin "d)" yarımbəndində (ikinci halda) və 24.2-ci bəndin ikinci və üçüncü abzaslarında "rüsumun" sözü "haqqın" sözü ilə əvəz edilsin;

1.3.2. 27.1-ci bəndin ikinci abzasından "surəti," sözü çıxarılsın və həmin abzasda "müəyyənləşdirilmiş dövlət rüsumları" sözləri "müəyyən edilmiş haqq" sözləri ilə əvəz edilsin;

1.3.3. 28.3-cü və 28.4-cü bəndlərdə ismin müvafiq hallarında "rüsum" sözü ismin müvafiq hallarında "haqq" sözü ilə əvəz edilsin;

1.3.4. 30.2-ci və 30.3-cü bəndlərin altıncı abzasları çıxarılsın.

 

 

 Artur Rasi-zadə,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.3.