«YARAT!» Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara ustad dərsləri keçirilmişdir

 

"BacarArt" layihəsi çərçivəsində "YARAT!" Müasir İncəsənət Məkanının gənc rəssamları tərəfindən uşaqlara ustad dərsləri keçirilmişdir. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Bu sözləri "BacarArt" layihəsinin yekunlarına həsr edilmiş hərrac-sərginin açılışından əvvəl jurnalistlərə müsahibəsində "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir. Bildirmişdir ki, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan istedadlı uşaqların üzə çıxarılmasıdır. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzlərinin yerləşdiyi 8 rayondan - Göygöl, Goranboy, Ağdam, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala, Xəzər rayonlarından 24 uşaq iştirak etmişdir.

Aida Mahmudova demişdir ki, hərrac-sərgidən əldə edilən gəlirin istedadlı uşaqların bu sahədə yaradıcılıqlarının inkişafına sərf edilməsi nəzərdə tutulmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 21 noyabr.- S.10.