Braziliyanın «Correio Braziliense» qəzetinin xüsusi
buraxılışında dərc olunmuş məqalədə Azərbaycana
da yer ayrılmışdır
Braziliyanın
nüfuzlu "Correio Braziliense" qəzetinin 18 noyabr tarixli
xüsusi buraxılışında bu il noyabrın 10-da
Braziliyada keçirilən ənənəvi xeyriyyə tədbirinə
həsr olunmuş məqalədə Azərbaycanın həmin
tədbirdə iştirakından da bəhs edilmişdir.
Azərbaycanın
Braziliyadakı səfirliyindən bildirmişlər ki, məqalənin
müəllifi Zuleyka Souza qeyd edir ki, tədbirin parlaq hadisəsi
bu yaxınlarda Braziliyada fəaliyyətə
başlamış Azərbaycan səfirliyinin iştirakı
olmuşdur. Səfirlik Braziliya ictimaiyyətinə tanış
olmayan Azərbaycan mətbəxinin plov, qutab və paxlava kimi ləziz
yeməklərini təqdim etmişdir.
Tədbirdə
Azərbaycan mətbəxinin nümunələri ilə yanaşı,
milli geyimlərimiz, suvenirlər, xalçalar, kəlağayılar
və ölkəmiz haqqında müxtəlif materiallar yerli
ictimaiyyətə və diplomatik korpusa təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.-2012.- 21 noyabr.- S.11.