Rəsmi qarşılanma mərasimi
Azərbaycan Prezidenti İlham Əliyevin
Sinqapura dövlət səfəri
Xüsusi müxbirimiz xəbər
verir ki, Sinqapur Respublikasında dövlət səfərində
olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
noyabrın 21-də "İstana" sarayında rəsmi
qarşılanma mərasimi olmuşdur.
Azərbaycan
dövlətinin başçısını Sinqapur Prezidenti
Toni Tan qarşıladı.
Azərbaycan
və Sinqapur respublikalarının dövlət
bayraqlarının dalğalandığı sarayın
qarşısında Prezident İlham Əliyevin şərəfinə
fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri
qarovul dəstəsinin rəisi dövlətimizin
başçısına raport verdi. Azərbaycanın və
Sinqapurun dövlət himnləri səsləndi.
Dövlət
başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Prezident
İlham Əliyev "İstana" sarayının fəxri
qonaqlar kitabını imzaladı.
Azərbaycan
nümayəndə heyətinin üzvləri Sinqapur Prezidentinə,
Sinqapurun dövlət və hökumət rəsmiləri, bu
ölkədə akkreditə olunmuş diplomatik korpusun
nümayəndələri Prezident İlham Əliyevə təqdim
olundu.
AzərTAc
Azərbaycan.-2012.- 22 noyabr.- S.1.