Azərbaycan Prezidenti İlham Əliyevin Sinqapurun
Baş naziri Li Hsien
Loonq ilə görüşü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də
dövlət səfəri çərçivəsində
Sinqapurun Baş naziri Li Hsien Loonq ilə
görüşmüşdür.
Görüşdə
dövlətlərimiz arasında müxtəlif sahələrdə
qarşılıqlı faydalı əməkdaşlığın
perspektivləri müzakirə olundu. Azərbaycan və Sinqapur
arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin
müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə
artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda,
habelə Sinqapurun da bir neçə şirkəti Azərbaycanda
iş qurmuşdur.
Görüşdə
hər iki tərəf üçün maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi
aparıldı. Qarşılıqlı səfərlərin
daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın
uğurlu inkişafında əhəmiyyəti
vurğulandı.
AzərTAc
Azərbaycan.-2012.- 22 noyabr.- S.1.