Prezident İlham Əliyev
Sinqapur şəhərindəki Milli Səhləb
Bağı ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət
səfəri çərçivəsində noyabrın 21-də
bu ölkənin paytaxtındakı Milli Səhləb
Bağı ilə tanış olmuşdur.
Bağın
icraçı direktorunun müavini Leonq Çi Çieu
dövlət başçısına buradakı nadir bitkilər
barədə məlumat verdi. Bildirildi ki, Milli Səhləb
Bağında yetişdirilən və dünyanın heç
bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adı
verilmişdir. Həmin gülün sertifikatı dövlət
başçısına təqdim olundu.
Prezident
İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri
qonaqlar kitabını imzaladı.
Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış oldu. Məlumat verildi ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulmuşdur. Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanmışdır. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınmışdır. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü vardır və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir. Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.
Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verildi.
Sonda dövlət başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olundu.
* * *
Bununla
da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Sinqapur Respublikasına dövlət səfəri başa
çatdı.
AzərTAc
Azərbaycan.-2012.- 22 noyabr.- S.2.