Livan Respublikasının Prezidenti zati-aliləri cənab Mişel Süleymana
Hörmətli cənab Prezident!
Livan Respublikasının
milli bayramı - Müstəqillik Günü
münasibətilə Sizə
və xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Livan arasındakı münasibətlər
xalqlarımızın mənafelərinə
uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında
inkişaf edəcəkdir.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 oktyabr 2012-ci il
Azərbaycan.-2012.- 22 noyabr.- S.2.