IDEA Kampaniyası 3-cü Beynəlxalq «Xəzər:
ətraf mühit üçün texnologiyalar» sərgisində iştirak edir
Bakı
Ekspo Mərkəzində təşkil olunan 3-cü Beynəlxalq "Xəzər: ətraf mühit
üçün texnologiyalar" (CTE-2012) sərgisində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən
2011-ci il iyulun 12-də başladılmış Ətraf
Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Kampaniyasının (IDEA) stendi nümayiş etdirilir.
AzərTAc
xəbər verir ki, bu, öz fəaliyyətində ekoloji maarifləndirməni daim rəhbər
tutan IDEA Kampaniyasının
növbəti beynəlxalq səviyyəli
addımlarından biridir.
Sərginin əsas məqsədi Azərbaycanda həyata keçirilən ekoloji layihələrə beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək, eləcə də ekoloji sahədə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın yaranmasına nail olmaqdır.
Stenddə
IDEA Kampaniyası tərəfindən həyata keçirilən
layihələr haqqında hesabatı əks etdirən müxtəlif
nəşrlərlə yanaşı, digər vəsaitlər
də qonaqlara paylanılır. Qonaqlar, həmçinin layihələrlə
bağlı IDEA
Kampaniyasının nümayəndələri tərəfindən
daha ətraflı məlumat ala bilərlər.
Azərbaycan.-2012.- 22 noyabr.- S.3.