Azərbaycan muğam üçlüyü I Türk Dünyası musiqielm festivalında iştirak etmişdir

 

TÜRKSOY-un, Türk Ocaqlarının və Ankara bələdiyyəsinin təşkilatçılığı ilə I Türk Dünyası musiqi və elm festivalı keçirilmişdir.

Azərbaycandan Təyyar Bayramovun solisti olduğu muğam üçlüyünün də iştirak etdiyi festivala türk dünyası ölkələrindən 80 incəsənət və elm xadimi qatılmışdır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Ankara və Eskişehirdə keçirilən konsertlərdə iştirak edən incəsənət ustalarına təşəkkürünü bildirmiş, 2013-cü ildə türk dünyasının mədəniyyət mərkəzi olacaq Eskişehirdə keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.

Festival iştirakçıları Ankaranın görməli yerləri, Eskişehirin tarixi "Odun bazarı" məhəlləsi ilə tanış olmuş, deputatlar və bələdiyyə sədrləri ilə görüşlər keçirmişlər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2012.- 22 noyabr.- S.6.