Azərbaycan ilə Sudan
arasında əlaqələrin inkişaf perspektivləri müzakirə
olunmuşdur
Noyabrın
22-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının (İCAPP) VII Baş Assambleyasında
iştirak etmək üçün ölkəmizdə səfərdə
olan Sudan nümayəndə heyəti ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, mədəni
sahələrdə əlaqələrin inkişaf etdirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır. Sudanın beynəlxalq
təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməsi
yüksək qiymətləndirilmişdir.
Görüşdə
həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı sudanlı
qonaqlara ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü
nəticəsində torpaqlarımızın 20 faizi
işğal olunmuş, 1 milyondan çox vətəndaşımız
etnik təmizləmə siyasətinə məruz
qalmışdır. Azərbaycanın bu problemin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllinə
tərəfdar olduğu diqqətə
çatdırılmışdır.
Sudanlı
qonaqlar Azərbaycana səfərlərindən, ölkəmizdə
müşahidə etdikləri inkişaf dinamikasından məmnun
qaldıqlarını bildirmiş, Bakının Asiya Siyasi
Partiyalarının Beynəlxalq Konfransının VII Baş
Assambleyasına ev sahibliyi etməsinin önəmini
vurğulamışlar.
AzərTAc
Azərbaycan.-2012.- 23 noyabr.- S.2.