Yeni Azərbaycan Partiyası ilə Kamboca Xalqları Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

Noyabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Kamboca Xalqları Partiyası (KXP) arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

AzərTAc xəbər verir ki, memorandumu YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Kamboca Baş nazirinin müavini, hakim KXP-nin Daimi Komitəsinin üzvü Sok An imzalamışlar.

Əli Əhmədov demişdir ki, YAP ilə KXP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində sıx əməkdaşlıq edirlər. Bu memorandum hər iki ölkənin hakim partiyaları, eləcə də xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.

Kamboca Baş nazirinin müavini, hakim KXP-nin Daimi Komitəsinin üzvü Sok An demişdir ki, mən Azərbaycanda olmağımdan və YAP-ın yüksək səviyyədə təşkil etdiyi İCAPP-ın VII Baş Assambleyasında iştirakımdan çox məmnunam. Assambleya çərçivəsində imzaladığımız bu memorandum ölkələrimiz, xalqlarımız, partiyalarımız, hökumətlərimiz və parlamentlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Əminəm ki, əməkdaşlığımız daha geniş sahələri əhatə edəcəkdir.

 

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.3.