Yaşar Məmmədsadıq oğlu NURİYEV

 

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatrkino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, respublikanın xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyev 2012-ci il noyabr ayının 22-də ömrünün 62-ci ilində vəfat etmişdir.

Yaşar Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dramkino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında aktyor kimi çalışmağa başlayan Yaşar Nuriyev 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilmiş və aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini burada ömrünün sonunadək davam etdirmişdir.

Yaşar Nuriyevin yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Hələ erkən yaşlarından aktyorluq sənətinin vurğunu olan sənətkar teatrkino aləminə qədəm qoyduğu ilk vaxtlardan tanınıb sevilmiş, təkrarolunmaz ifa üslubu ilə qısa müddət ərzində tamaşaçıların qəlbinə yol tapmışdır. Əlliyə yaxın bədii filmdə, yüzdən çox tamaşa, bədii kompozisiyasatirik səhnəcikdə onun böyük ustalıqla canlandırdığı obrazlar öz incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Son dərəcə təbii və müasir ruhlu rollarda komik məqamları məharətlə üzə çıxarması sayəsində o, gülüşün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirmiş, milli teatrın bu istiqamətdə ənənələrini daha da zənginləşdirmişdir.

Azərbaycan teatr məktəbinin formalaşdırdığı parlaq irsə həmişə sadiq qalan Yaşar Nuriyev səhnədə hər dəfə yenidən yaşaya-yaşaya, bütün daxili potensialını səfərbər edərək koloritli və bir-birindən maraqlı obrazlar yaratmışdır. Sənətkarın klassikmüasir Azərbaycan ədəbiyyatına, millidünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi qəhrəmanlar özlərinə xas davranış tərzləri, şux danışıqları ilə yaddaşlara həkk olunmuşdur.

Yaşar Nuriyevin kinematoqrafiyanın imkanlarından istifadə etməklə ekranda canlandırdığı dolğun və rəngarəng surətlər Azərbaycan kinosunun unudulmaz səhifələrindəndir. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu kinofilm qəhrəmanları aktyorun sənətin incəliklərinə necə dərindən bələd olduğunu nümayiş etdirmişdir.

Televiziya tamaşalarında sənətkarın baş rolların ifaçısı kimi yaratdığı personajlar milli televiziyanın fondunda sənət nümunələri olaraq qorunub saxlanmaqdadır.

Yaşar Nuriyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və respublikamızın xalq artisti fəxri adına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tanınmış gülüş ustası, qayğıkeş və səmimi insan Yaşar Məmmədsadıq oğlu Nuriyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Alışanov, Azər Paşa Neymətov, Şəfiqə Məmmədova, Eldar Quliyev, Vaqif Mustafayev, İsrafil İsrafilov, Mərahim Fərzəlibəyov, Amaliya Pənahova, Siyavuş Aslan, Firəngiz Mütəllimova, Bəsti Cəfərova

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.4.