Azərbaycanın görkəmli teatrkino aktyoru, xalq artisti Yaşar Nuri son mənzilə yola salınmışdır

 

Noyabrın 22-də Azərbaycanın görkəmli  teatr və kino aktyoru, xalq artisti, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Yaşar Nuri  son mənzilə yola salınmışdır.

AzərTAc xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi  Azərbaycan Dövlət Akademik  Milli Dram Teatrının səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə hökumət təşkilatları müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Yaşar Nurinin  həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Akademik Milli Dram Teatrının binasına gəlir, görkəmli sənətkara gözəl insana son borclarını verirdilər.

Vida mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin adından mərhumun ailəsinə başsağlığı vermişdir.

Görkəmli sənətkar Yaşar Nurinin həyat yaradıcılığından danışan nazir bildirmişdir ki,  Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.

On yaşından Azərbaycan Televiziyasında uşaq verilişlərində çəkilən teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.

1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunmuş Yaşar Nuri həyatının sonuna qədər doğma kollektivinə sadiq qalmışdır.

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Yaşar Nuri həm məşhur kino ustası olmuşdur. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların,  yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatmışdır.

Tədbirdə çıxış edən tanınmış  kinorejissor Vaqif Mustafayev, xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Neymətov görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən danışmışlar.

Bildirilmişdir ki, Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşar Nuriyə bir qayda olaraq xarakter rollar tapşırılmışdır. O,  İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz, Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası yaxud Don Juan"da Sqanarel, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım, Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman s. obrazları yaratmışdır.

 Diqqətə çatdırılmışdır ki, aktyorun  böyük populyarlıq qazandığı çoxsaylı  ekran obrazları vardır. Yaşar Nuri əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.

Mərhumun ailəsi adından çıxış edən qızı Ülviyyə Nuri istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət ehtirama görə dərin minnətdarlığını bildirmişdir.

Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum İkinci  Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

 

Azərbaycan.-2012.- 23 noyabr.- S.4.