Azərbaycan və Sinqapur əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

 

Cənubi-Şərqi Asiya regionunun həyatında mühüm rol oynayan Sinqapurla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət kursunda mühüm istiqmətlərdən birini təşkil edir. Beynəlxalq siyasi, iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi coğrafi baxımdan uzaq xalqların yaxınlaşmasına, nəticə etibarilə möhkəm sülhün və əmin-amanlığın bərqərar olmasına kömək edir. Azərbaycan və Sinqapur beynəlxalq münasibətlərin məhz bu istiqamətdə inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.

Müasir şəraitdə dövlətlərarası əlaqələrin spektri çox genişdirbu münasibətlərin iştirakçısı olan ölkələr əməkdaşlığın bütün sahələrində tərəqqi əldə etmək üçün geniş qarşılıqlı təmaslar qururlar. Bu, Azərbaycan-Sinqapur münasibətlərinə də aiddir. Prezident İlham Əliyevin bu günlərdə Sinqapura etdiyi ilk dövlət səfəri zamanı aparılan danışıqlar, əldə edilən razılaşmalar ikitərəfli əlaqələrdə yeni səhifə açılacağından xəbər verir.

Qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Sinqapur xarici tərəfdaşlar üçün cəlbedicidir. Sinqapur son illərdə  böyük və sürətli inkişaf yolu keçərək qabaqcıl ölkələr sırasına çıxmışdır. Ötən müddət ərzində Sinqapur beynəlxalq iqtisadi əlaqələrin fəal iştirakçısına çevrilmişdir. Bu gün adıçəkilən dövlət dünya bazarında da mühüm mövqelərə malikdironun istehsal etdiyi mallara və xidmətlərə tələbat ildən-ilə artır.

Dünyanın digər dövlətləri kimi, Sinqapurun da Cənubi Qafqazın ən qüdrətli dövləti olan Azərbaycanla əlaqələri genişləndirmək istəyi ölkəmizin son illər əldə etdiyi böyük uğurlarla şərtlənir. Rəsmi Bakı da dost ölkə ilə əlaqələri bütün sahələrdə dərinləşdirmək niyyətində olduğunu bəyan edirbu məqsədə çatmaq üçün öz tərəfindən nə lazımdırsa edir.

Sinqapur Azərbaycanla bütün sahələrdə əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdə maraqlıdır. Bu maraq Azərbaycan və Sinqapur prezidentləri cənab İlham Əliyev və Toni Tan arasında aparılmış danışıqlarda bir daha təsdiqlənmişdir. Prezident İlham Əliyev bildirib: "Təbiidir ki, ölkələrimiz arasındakı münasibətlər olduqca uğurla inkişaf edir və mən deyərdim ki, siyasi əlaqələr çox güclüdür. Mənim ölkənizə ilk dövlət səfərim siyasi əlaqələrimizin təzahürüdür. Bir çox sahələrdə və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə işləyir və əməkdaşlıq edirik. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı bizə verdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdiyinizə görə ölkənizə təşəkkür edirəm. Biz bu siyasi dəstək əlamətlərinə görə Sizə təşəkkür edirik. Bizöz növbəmizdə bütün beynəlxalq təşkilatlarda Sinqapuru dəstəkləməyə davam edəcəyik".

Ölkələrimiz və xalqlarımız arasında nəzərəçarpan ümumi oxşarlıqlar, energetika və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir. Sinqapurun iqtisadi cəhətdən sürətlə inkişaf etməsi,  eyni zamanda, Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır.

Sinqapur Prezidenti Toni Tan iki ölkə arasında əməkdaşlıq əlaqələrinə toxunmuşdur: "Münasibətlərimiz ümumi maraq və qarşılıqlı ehtirama söykənir. Daha iri dövlətlərlə əhatə olunmuş kiçik ölkələr kimi, biz beynəlxalq təşkilatların və çoxtərəfli forumların əhəmiyyətini alqışlayrıq. Buna görə də təəccüblü deyil ki, ölkələrimiz Qoşulmama Hərəkatında və bu il 20 illiyi qeyd olunan "Kiçik Dövlətlərin Forumu" kimi beynəlxalq tədbirlərdə yaxşı əməkdaşlıq edirlər. Sizin Sinqapura səfəriniz ölkələrimiz arasında daha sıx əlaqələrin qurulmasu üçün yaxşı zəmin yaradacaqdır. Səmimi-qəlbdən inanıram ki, münasibətlərimizin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialı vardır.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Keçən il ölkənizdə 7,6 faiz artım müşahidə olunubbu gün Azərbaycan iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Sinqapur şirkətləri regiondan kənarda imkanları əhəmiyyətli dərəcədə nəzərdən keçirir və mən inanıram ki, Azərbaycan biznes qurmaq üçün onlara daha cəlbedici olacaqdır. Bu, bizim artmaqda olan ticari və sərmayə əlaqələrimizdən bəllidir. 2000-2012-ci illər arasında ikitərəfli ticarət dövriyyəsi iki dəfədən çox artaraq 200 milyon Sinqapur dollarına çatıb. Bir sıra yaddaqalan uğurlarımız olub".

Dövlət başçılarının görüşü zamanı qeyd olundu ki, tərəflər arasında iqtisadi, ticarienerji sahəsində müəyyən əlaqələr olsa da, bu, hər iki ölkə üçün mövcud potensialı əks etdirmir. Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qrupun yaradılması barədə də razılığa gəlindi. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulandı ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə Sinqapurun bir neçə şirkəti Azərbaycanda qurublar. Sinqapurun "Keppel Offshore and Marine" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayırma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair əməkdaşlıq haqqında Saziş imzalayıb. Bununla yanaşı, "Surbana Corporation", "Sembcorp" və "Frankilin Offchore Group" kimi bir sıra Sinqapur şirkətləri də Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər.

Prezident İlham Əliyevin bu dövlətə səfəri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını göstərdi. Bu səfər Sinqapur ilə Azərbaycan arasında yeni müstəvidə əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə təkan verəcəkdir.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.1.