Xalqının xoşbəxt gələcəyini
düşünən bütün dövlətlər
gənclərə xüsusi
diqqət yetirir, onların fikirlərini və
baxışlarını nəzərə alırlar
Xalqının
xoşbəxt gələcəyini düşünən
bütün dövlətlər gənclərə xüsusi
diqqət yetirir, onların fikirlərini və
baxışlarını nəzərə alırlar.
AzərTAc
xəbər verir ki, bu fikir Asiya Siyasi Partiyalarının Beynəlxalq
Konfransının (ICAPP) VII Baş Assambleyasının
noyabrın 23-də davam edən plenar sessiyası çərçivəsində
keçirilmiş gənc siyasi liderlərin bölmə
iclasında səslənmişdir.
Yeni
Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr
müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən
iclasda Asiyada sülhün, təhlükəsizliyin və tərəfdaşlığın
inkişafında gənc liderlərin rolu xüsusi müzakirə
mövzusu olmuşdur.
Qloballaşan
dünyada gənclərin rolundan danışan R.Məmmədov
Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət
və qayğı göstərdiyini, ölkəmizdə gənclərlə
bağlı xüsusi dövlət proqramlarının icra
olunduğunu diqqətə çatdırmışdır.
Sonra
Kamboca Nazirlər Kabinetinin dövlət katibi Suas Yera, bu
ölkənin Fun Cin Pek Partiyası sədrinin müşaviri
Ti Çin Senq, COPPPAL-in sədri Xorxe Lui Fuentes Karanza,
Yaponiyanın Kapti Partiyası sədrinin müavini İtari
İssi, ICAPP Gənclər Birliyinin katibi Mustafa Hayder Sayed Asiya
dövlətlərində, eləcə də dünyanın
inkişaf etmiş ölkələrində baş verən
siyasi proseslərə nəzər salmışlar.
Çıxışlarda
bildirilmişdir ki, hər yerdə inkişafa nail olmaq
üçün sülh və təhlükəsizliyin bərqərar
edilməsi əsas amildir.
ICAPP-ın
baş katibi Xose de Venesia bölmə iclasında demişdir
ki, gələcək gənclərin əlindədir. Onlar təkcə
öz müqəddəratlarını deyil, bəşəriyyətin
xilası və xoşbəxt gələcəyi
üçün çalışmalıdırlar.
Bütün dövlətlər gənclərə bu istiqamətdə
dəstək olmalıdırlar.
Gənc
liderlər ICAPP-ın gənclər təşkilatlarının
gələcək fəaliyyət istiqamətləri, Gənclər
Birliyinin mərkəzi ofisi və katibliyinin iş prinsipləri,
beynəlxalq təşkilatlarla əməkdaşlıq və
sair təkliflər səsləndirmiş, fikir mübadiləsi
aparmışlar.
Gənclər
arasında əlaqələrin daha da inkişaf etdirilməsi
üçün qarşılıqlı səfərlərin,
görüşlərin, təcrübə mübadiləsinin
təşkilinin vacibliyi vurğulanmışdır.
Müzakirələrin
sonunda ICAPP-ın Gənclər Birliyinin fəaliyyətinin
gücləndirilməsi, onlara maliyyə dəstəyinin
artırılması, İllik Gənclik Festivalının
keçirilməsi, media ilə əlaqələrin inkişaf
etdirilməsi, yoxsulluğun azaldılması istiqamətində
və korrupsiyaya qarşı mübarizədə gənclərin
fəaliyyətinin artırılması, təhsil
strategiyasının hazırlanması və təqaüdlərin
təyin edilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi, idman və mədəniyyət
sahəsində müxtəlif layihələrin həyata
keçirilməsi ilə bağlı bir sıra tövsiyə
xarakterli qərarlar qəbul olunmuşdur.
Azərbaycan.-2012.- 24 noyabr.- S.2.