Azərbaycan və Rusiya
qanunvericilik orqanları arasında yüksək səviyyəli əməkdaşlıq
əlaqələri qurulmuşdur
Noyabrın
23-də Milli Məclisin Sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü
Bahar Muradova Asiya Siyasi Partiyaları Beynəlxalq
Konfransının Bakıda keçirilən VII Baş
Assambleyasında iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Rusiya Federasiyasının Dövlət
Dumasının deputatı, Perm vilayətinin Federasiya Şurasındakı təmsilçisi
və hakim "Yedinaya
Rossiya" Partiyasının
idarə heyətinin üzvü Andrey Klimovla görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Bahar Muradova Rusiya ilə Azərbaycanın
münasibətlərinə toxunaraq demişdir ki, vaxtilə hər
iki xalq bir ölkədə
yaşamışdır.
Lakin zaman dəyişmiş, Azərbaycan və rus
xalqları hazırda müstəqil dövlətlərdə
yaşayırlar. Müstəqillik bərpa etdikdən sonra dövlətlərimiz arasında
iqtisadi, siyasi, humanitar və
diplomatik sahələrdə
yaxşı münasibətlər qurulmuşdur. Bu
münasibətlərin
inkişafı
üçün
geniş zəmin də
yaradılmışdır. Asiya siyasi partiyaları beynəlxalq
konfransının Bakıda keçirilən VII Baş
Assambleyasının əhəmiyyətini vurğulayan Milli Məclisin vitse-spikeri bildirmişdir ki, hazırkı dünyamızın bir çox regionlarında münaqişələr və
problemlər mövcuddur. Bu problemlərin həll olunması
üçün siyasi
partiyaların görüşərək onların həlli
yollarını axtarması vacib məsələlərdəndir. YAP
dünyada münaqişələrin həll olunmasına diqqətlə yanaşır.
B.Muradova
qeyd etmişdir ki, hakim
"Yedinaya Rossiya" və Yeni Azərbaycan partiyaları
seçkilər zamanı parlamentdə yerlərin çoxunu
qazanması parlamentlərarası əməkdaşlığın
inkişafını şərtləndirmişdir.
Səmimi görüş üçün minnətdarlığını bildirən Andrey Klimov demişdir ki, qarşılıqlı səfərlər nəticəsində Azərbaycan və Rusiya qanunvericilik orqanları arasında
yüksək səviyyəli əməkdaşlıq
əlaqələri
qurulmuşdur. Rusiya
Dövlət Dumasının və Azərbaycanın Milli Məclisinin üzvləri beynəlxalq təşkilatlar çərçivəsində də sıx
əməkdaşlıq edərək qlobal
problemlərə aid məsələlərin müzakirəsində vahid
mövqedən çıxış edirlər.
A.Klimov Azərbaycanda rus
dilinə olan yüksək səviyyəli münasibətdən məmnun
olduğunu ifadə etmişdir.
Dekabr ayının ikinci
ongünlüyündə YAP ilə
"Yedinaya Rossiya" Partiyasının nümayəndələrinin
Sankt-Peterburqda görüşünü keçirmək təklifi ilə çıxış edən qonaq
bu təklifin məmnuniyyətlə
qarşılanacağına
ümidvar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran
bir sıra məsələlər
barəsində fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2012.- 24 noyabr.- S.3.