Rumıniyanın Əmək, Ailə və
Sosial Müdafiə Nazirliyi
ilə Heydər
Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq
Sazişi imzalanmışdır
Noyabrın
22-də Rumıniyanın Əmək, Ailə və Sosial
Müdafiə Nazirliyi ilə Heydər Əliyev Fondunun
Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Tədbirdə əmək,
ailə və sosial müdafiə naziri xanım Mariana Kampeanu,
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin
direktoru İqbal Hacıyev, nazirliyin müşaviri Denisa
Patraşku, nazirliyin tərkibində olan Əlillər və
Uşaqların Müdafiəsi Departamentinin rəisi Anca Negoie,
Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin
3-cü katibi Anar Şükürov, habelə Rumıniya
dövlət KİV-lərinin nümayəndələri
iştirak etmişdilər.
İqbal
Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti
barədə iştirakçılara ətraflı məlumat
vermiş və yeni imzalanmış əməkdaşlıq
Sazişinin Rumıniyada humanitar layihələrin həyata
keçirilməsi üçün böyük dəstək
olmasını vurğulamışdır. M.Kampeanu Heydər Əliyev
Fondunun Rumıniyadakı fəaliyyətini yüksək qiymətləndirdiyini
bildirmişdir. M.Kampeanu yeni imzalanmış Sazişin iki xalq
arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə
xidmət edəcəyini vurğulamışdır.
Tədbirin
sonunda M.Kampeanuya Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış suvenirlər təqdim edilmişdir.
AzərTAc
Buxarest
Azərbaycan.-2012.- 24 noyabr.- S.3.