Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Daxili İşlər Nazirlərinin 9-cu toplantısı keçirilmişdir

 

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Daxili İşlər Nazirlərinin 9-cu toplantısı keçirilmişdir. AzərTAc xəbər verir ki, toplantını giriş sözü ilə açan Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahin bildirmişdir ki, əsas məqsəd ortaq coğrafiyanı paylaşan ölkələrin daha dinc və  gələcəkdə daha xoşbəxt olmaları üçün nümunəvi əməkdaşlıq modelini təqdim etməkdir.

Təşkilatın baş katibi Viktor Tvirkun terrorizm, insan alveri, qaçaqmalçılıq və iqtisadi cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi və bölgədə sabitlik və təhlükəsizliyin əhəmiyyətini qeyd etmişdir.

Azərbaycanın Respublikasının daxili işlər naziri Ramil Usubov çıxış edərək ölkəmizdə narkotik və silah qaçaqmalçılığı, insan alveri,  iqtisadi cinayətlərlə aparılan mübarizə və bu sahədə əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat vermişdir. Nazir narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üçün bütün region ölkələrinin əməkdaşlıq etmələrinin və koordinasiya olunmuş tədbirlər planının hazırlanmasının zəruriliyindən danışmışdır.

 

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.3.