«Azərbaycan Hava Yolları» aviaşirkətinə beynəlxalq sertifikat verildi

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) keçirilən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının İOSA auditi (İATA - Operational Safety Audit) başa çatmışdır. Dünyanın bəzi aparıcı aviaşirkətlərinin heç bir nöqsan olmadan keçə bilmədiyi İOSA audit proqramını "Azərbaycan Hava Yolları"nın müvəffəqiyyətlə keçməsini təbii ki, QSC-nin növbəti böyük uğuru hesab etmək olar.

Noyabrın 23-də "Şeraton" otelində İOSA sertifikatının "Azərbaycan Hava Yolları" QSC- təqdim edilməsi münasibətilə tədbir keçirilmişdir.

İOSA-nın aparıcı auditoru Patrik Daley tədbirdə çıxış edərək beynəlxalq audit proqramı barədə məlumat vermişdir. Bildirilmişdir ki, beynəlxalq audit proqramı 2003-cü ildə iri aviaşirkətlər tərəfindən təşkil edilmişdir. İOSA aviaşirkətlərin istismar təhlükəsizliyinin audit proqramıdır ki, bu da istismar idarəetmə sistemlərinin aviasiya şirkətlərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. P.Daley demişdir ki, iri aviaşirkətlər tərəfindən İOSA-ya Nəzarət Komitəsi yaradılmışdır. Audit proqramını daim təkmilləşdirmək ona nəzarət etmək bu komitənin əsas vəzifəsidir. Bu komitədə yer aldığına fəal iştirakına görə mən "Azərbaycan Hava Yolları" QSC- təşəkkürümü bildirmək istərdim.

Audit proqramında 970-dək beynəlxalq standartın olduğunu bu standartların bütün təşkilati işləri özündə cəmləşdirdiyini deyən P.Daley qeyd etmişdir ki, "Azərbaycan Hava Yolları" İATA-nın 380 üzvündən biridir. Çox şadam ki, "Azərbaycan Hava Yolları" QSC bu auditi tam nöqsansız, müvəffəqiyyətlə keçmişdir, işinizə belə ciddi yanaşmağınıza görə sizə minnətdarlığımızı bildiririk.

Sonra Patrik Daley İATA adından İOSA sertifikatını "Azərbaycan Hava Yolları" QSC-nin birinci vitse-prezidenti Sabir İlyasova təqdim etmişdir. İATA-ya təşəkkürünü bildirən S.İlyasov "Azərbaycan Hava Yolları"nın layiq görüldüyü sertifikatı yüksək dəyərləndirmiş, bu uğurun əldə edilməsinin milli aviadaşıyıcımızın onun kollektivinin zəhməti sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev bu auditdən keçməyin heç hər şirkətə nəsib olmadığını vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Hava Yolları"nın ən ümdə vacib vəzifəsi uçuşların təhlükəsizliyinin təmin olunmasıdır" sözlərini xatırladan E.Hacıyev demişdir ki, aviaşirkətimizin İOSA-nın sertifikatına layiq görülməsi "Azərbaycan Hava Yolları"nın qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gəldiyinin bariz sübutudur. Biz bundan sonra da öz işimizi peşəkarcasına həyata keçirməkdə davam edəcək aviaşirkətimizə verilən bu qiyməti qoruyub saxlamağa çalışacağıq.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan "Boeing" təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika Cənub-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın milli daşıyıcısı kimi İATA-da layiqli yer tutur, MDB ölkələrinin aviaşirkətləri arasında liderdir. "Azərbaycan Hava Yolları" həm regionda, həm MDB- yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 24 noyabr.- S.7.