Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri zati-aliləri cənab Neboyşa Radmanoviçə

 

Hörmətli cənab Sədr!

Bosniya Herseqovinanın milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə BosniyaHerseqovina arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin daha da genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.1.