Kocaelidə ulu öndər Heydər Əliyevin adını daşıyan kitabxana və soyqırımı muzeyi açılmışdır

 

Türkiyənin ən mühüm sənaye mərkəzlərindən biri olan Kocaeli şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan kitabxananın və soyqırımı muzeyinin açılışı olmuşdur. Açılış mərasimlərində Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak etmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyevin adını daşıyan kitabxana ilə tanışlıq zamanı buraya Azərbaycandan gətirilən zəngin kitab kolleksiyasının oxucuların marağına səbəb olacağı bildirilmişdir.

"Soyqırımın səssiz şahidləri" konsepsiyasında təşkil edilən soyqırımı muzeyinin isə ziyarətçilərin ermənilərin müxtəlif dövrlərdə Azərbaycan və Türkiyə torpaqlarında həyata keçirdikləri soyqırımları haqqında həqiqətləri öyrənmələrinə xidmət edəcəyi vurğulanmışdır.

Tədbirlərdə hər iki ölkənin dövlət və hökumət nümayəndələri, deputatlar, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.2.