İstanbulda QİƏT-ə üzv ölkələrin daxili
işlər nazirlərinin mətbuat
konfransı keçirilmişdir
Xəbər
verdiyimiz kimi, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatına (QİƏT) üzv ölkələrin
daxili işlər nazirlərinin 9-cu toplantısı
keçirilmişdir. Toplantıdan sonra Türkiyə, Azərbaycan,
Serbiya, Rusiya, Xorvatiya və Albaniyanın daxili işlər
nazirləri İdris Naim Şahin, Ramil Usubov, İvisa
Daçiç, Vladimir Kolokoltsev, Ranko Ostojiç və Flamur
Noka mətbuat konfransı keçirmişlər.
Azərbaycanın
daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirmişdir
ki, transmilli cinayətkarlığa qarşı mübarizə
bütün dövlətlərin diqqət mərkəzindədir
və yalnız birgə səylərlə
mümkündür. Bu toplantıda aparılan müzakirələr
məhsuldar olmuş və müvafiq qərarlar qəbul
edilmişdir. Ümidvaram ki, QİƏT-ə üzv ölkələr
arasında bu səmərəli əməkdaşlıq daha da
möhkəmlənəcəkdir.
Nazirlər
transmilli cinayətkarlığa qarşı, xüsusilə
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qanunsuz dövriyyəsinə və insan alverinə
qarşı mübarizə sahəsində mühüm
addımlar atıldığını vurğulamış, əməkdaşlığın
perspektivlərindən bəhs etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2012.- 25 noyabr.- S.3.