Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi çox önəmlidir

 

"Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assembleyasının Bakıda keçirilməsi çox önəmlidir. Azərbaycan bu konfransa çox uğurla ev sahibliyi etmişdir".

AzərTAc xəbər verir ki, bu sözləri Şri-Lankanın Xalq Azadlığı Cəbhəsinin rəhbəri Somavansa Amarasinqe jurnalistlərə müsahibəsində söyləmişdir. Qonaq demişdir ki, biz burada sülh, təhlükəsizlik və əməkdaşlıqla bağlı çox maraqlı müzakirələr apardıq. Bütün bunlar dünyada iqtisadi yüksəliş və siyasi sabitlik üçün çox vacib amillərdir.

Azərbaycanda ilk dəfədir səfərdəyəm və ölkənizin inkişafını yüksək qiymətləndirirəm. Burada gördüyüm yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə və xalqınıza dərin minnətdarlığımı bildirirəm.

 

 

Azərbaycan.-2012.- 25 noyabr.- S.3.