Səlhab MƏMMƏDOV: İnqa
Şmidt bu sərgi ilə
tələbələrinə rəssamlıq sənətinin incəliklərini,
rəngkarlığın mahiyyətini göstərməyə
çalışmışdır
Xanım
İnqa Şmidt bu sərgi ilə tələbələrinə
rəssamlıq sənətinin incəliklərini, rəngkarlığın
mahiyyətini göstərməyə çalışmışdır.
"Rəngkarlıq" mövzusunda açılmış
sərgi Berlin Rəssamlıq Akademiyasının professoru
İnqa Şmidtin Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında keçdiyi ustad dərslərinin
davamıdır.
Bu
sözləri AzərTAc-a müsahibəsində Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq
rəssamı Səlhab Məmmədov söyləmişdir.
S.Məmmədov
demişdir ki, almaniyalı rəssam İnqa Şmidtin Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının sərgi
salonunda təqdim olunan fərdi sərgisi bu ali məktəbin
təşkilatçılığı ilə
açılmışdır. Xanım İnqa Şmidt
akademiyaya ustad dərsləri keçmək üçün dəvət
edilmişdir. O, azərbaycanlı yaradıcı gənclərlə
çalışmaqdan zövq alır və tələbələrimiz
də onu çox sevirlər. Xanım İ.Şmidt tələbələrimizin
yüksək potensiala, zəngin biliklərə malik rəssam
kimi yetişmələrini yüksək qiymətləndirir.
Səlhab
Məmmədov bildirmişdir ki, İ.Şmidt son dövrdə
Azərbaycan mədəniyyəti və incəsənətində
baş verən yenilikləri də mütəmadi olaraq izləyir
və ölkəmizdə keçirilən müxtəlif mədəniyyət
tədbirlərində məmnuniyyətlə iştirak edir. Almaniyalı
rəssam Heydər Əliyev Fondunun dəstəyi ilə
ölkəmizdə keçirilmiş "Qız
qalası" Beynəlxalq incəsənət
festivalının iştirakçısı olmuşdur.
Bakını
çox sevdiyi üçün xanım rəssamın əsərlərində
Azərbaycan, Bakı mövzusu həmişə ön planda
dayanmışdır. O, rəsmlərində şəhərimizin
füsunkar gözəlliklərini, parklarını, müasir
binalarını, meydanlarını təsvir edərək bu sənət
əsərlərinin Avropada da nümayiş etdirilməsinə
çalışmışdır.
Biz gələcəkdə
ölkəmizdə İ.Şmidtin daha bir fərdi sərgisini
təşkil etməyi nəzərdə tutmuşuq.
Azərbaycan.-2012.- 25 noyabr.- S.6.