Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və fəaliyyətdə
olan sədrinin xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya),
Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa), həmçinin ATƏT-in
fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi
Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə nizama salınması
ilə əlaqədar danışıqların hazırkı
vəziyyəti və perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.1.