Azərbaycan Prezidenti İlham Əliyev AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri
Pedro Aqramunt Font de Moranı və Cozef Debono Qrexi qəbul
etmişdir.
Görüşdə
Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində əldə olunan
uğurların önəmi vurğulandı, bu əməkdaşlığın
daha da genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.1.