Azərbaycan Prezidenti İlham Əliyev Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
baş katibini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
baş katibi Viktor Tvirkunu qəbul
etmişdir.
Viktor
Tvirkun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
baş katibi vəzifəsinə seçilərkən Azərbaycanın göstərdiyi dəstəyə
görə minnətdarlığını bildirdi.
Dövlət
başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının baş katibi vəzifəsində ona
uğurlar arzuladı.
Görüşdə
region ölkələri arasında əlaqələrin
genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının rolu vurğulandı, Təşkilatın
Parlament Assambleyasının Bakıda keçirilən növbəti
iclasında müzakirə olunacaq məsələlərin əməkdaşlığın
daha da genişləndirilməsi işinə xidmət edəcəyinə
əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.2.