Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Baş nazirinin müavininin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da
Serbiya Respublikası Baş nazirinin müavini, xarici və
daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan
İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyasının həmsədri Rasim Lyayiçin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Azərbaycan
ilə Serbiya arasında əməkdaşlığın
müxtəlif sahələrdə uğurla inkişaf etdiyini
vurğulayan dövlətimizin başçısı ölkələrimizin
mövcud tərəfdaşlıq əlaqələrinin bundan
sonra da davam etdiriləcəyinə ümidvar olduğunu
bildirdi. Prezident İlham Əliyev Azərbaycan-Serbiya Hökumətlərarası
Komissiyasının növbəti iclasının əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxımından önəmini
qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin
beynəlxalq və regional təşkilatlar çərçivəsində
əməkdaşlığının daha da genişləndirilməsinin
zəruriliyini vurğuladı.
Serbiya
Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət,
telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyasının həmsədri
Rasim Lyayiç Serbiya Respublikasının Prezidenti Tomislav
Nikoliçin salamlarını dövlətimizin
başçısına çatdırdı. Ölkələrimiz
arasında siyasi əlaqələrin uğurla inkişaf
etdiyini vurğulayan qonaq ikitərəfli əməkdaşlığımızın
genişləndirilməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd etdi. Azərbaycanın
Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə
görə minnətdarlığını ifadə edən
Rasim Lyayiç əməkdaşlığımızın
daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğuladı. Dövlət
başçısı Prezident Tomislav Nikoliçin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Serbiya dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.2.