Bakıda QİƏT PM-in Baş Assambleyası Bürosunun 47-ci iclası olmuşdur

 

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində noyabrın 26-da qurumun Assambleya Bürosunun 47-ci iclası olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisin Sədri, QİƏT PM-in sədri Oqtay Əsədov iclası açaraq qonaqları salamlamış, onlara işlərində uğurlar arzulamışdır.

O.Əsədov demişdir ki, QİƏT çərçivəsində keçirilən bütün görüşlər əməkdaşlığımızın inkişafı üçün geniş imkanlar açmışdır: "Əminəm ki, Bakıda keçirilən bu görüş, eləcə də müzakirə olunan məsələlər və qəbul olunan qərarlar həm QİƏT çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrimizin inkişafına təkan verəcək, eyni zamanda, təşkilatın gələcək fəaliyyətinin səmərəliliyinin artırılması üçün faydalı olacaqdır".

Sonra iclasın gündəliyi müzakirə olunaraq təsdiqlənmişdir.

İclasda, büronun ötən il keçirilmiş 46-cı iclasının protokolları, Parlament Məclisinin Bakıda keçirilmiş iki komitəsinin tövsiyə xarakterli qərarları, 40-cı ümumi iclasın gündəliyinə daxil olunmuş məsələlərə baxılmış, müvafiq qərarlar qəbul olunmuşdur.

Noyabrın 26-da Bakıda QİƏT PM-in Hüquqi işlər və siyasi komitəsinin də əlavə iclası keçirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 27 noyabr.- S.3.