QİƏT PM-in Daimi Komitəsinin 40-cı
iclası
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisi
(QİƏT PM) Baş Assambleyasının
40-cı plenar sessiyası
çərçivəsində noyabrın 26-da bu qurumun Daimi Komitəsinin
40-cı iclası olmuşdur.
QİƏT
PM-in sədr müavini,
Azərbaycanın bu təşkilatdakı nümayəndə
heyətinin rəhbəri
Asəf Hacıyev iclası açaraq iştirakçıları Milli
Məclisin rəhbərliyi
adından salamlamış,
Daimi Komitə çərçivəsində keçirilən görüşlərin,
müzakirə olunan məsələlərin və
qəbul olunacaq qərarların üzv ölkələr arasında
əlaqələrin inkişafına
təkan verəcəyini
bildirmişdir. Sonra gündəlik
təsdiq edilmişdir.
Bildirilmişdir ki, Daimi Komitənin iclasında Türkdilli Ölkələrin
Parlament Assambleyasının
QİƏT PM-ə müşahidəçi
statusu ilə qəbul edilməsi, PM-in baş katibinin, Assambleya sədrinin 2 müavininin seçilməsi,
maliyyə məsələləri,
Daimi Komitənin növbəti iclasının
keçirilməsi və
s. məsələlər müzakirə
olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Daimi Komitə
TürkPA-nın QİƏT PM-ə müşahidəçi statusunun
verilməsini razılıqla
qarşılamışdır.
Qurumun növbəti
iclasının gələn
ilin mayında Bolqarıstanda keçirilməsi
qərara alınmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 27 noyabr.- S.3.