XXXI İstanbul Kitab Sərgisində Prezident
Administrasiyasının şöbə
müdirinin «Geopolitika» kitabının «imza günü»
olmuşdur
TÜYAP
Sərgi Mərkəzində keçirilən XXXI İstanbul
Kitab Sərgisində Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənovun
"Geopolitika" kitabının "imza günü"
olmuşdur.
Türkiyənin
"Bab-ı Ali" nəşriyyatında türkcə nəfis
tərtibatda çapdan çıxmış kitabın imza mərasimində
qardaş ölkənin Mərmərə Qrupu Strateji və
Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver,
burada səfərdə olan azərbaycanlı jurnalistlər, sərgiyə
gəlmiş yerli və əcnəbi yazıçılar
iştirak etmişlər.
Doqquz
fəsil, 460 səhifədən ibarət kitabda dünyanın
əsas güc mərkəzlərinin Azərbaycanın da daxil
olduğu Avrasiya coğrafiyasında siyasəti, bunun Xəzər
hövzəsi və Cənubi Qafqazdakı proseslərə təsiri
ətraflı təhlil edilmişdir.
Mərasim
iştirakçıları nəşrin əhəmiyyətini
yüksək qiymətləndirərək kitabın universitet
tələbələri, siyasətçilər
üçün qiymətli mənbə olduğunu
bildirmişlər. Müəllif, professor Əli Həsənov
mərasimə qatılan yerli və əcnəbi oxucular
üçün "Geopolitika" kitabını
imzalamış və onlara hədiyyə etmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2012.- 27 noyabr.- S.4.