Türkiyə Azərbaycanın hər bir uğuruna ürəkdən
sevinir
Azərbaycan
Respublikasının Baş naziri Artur Rasizadə noyabrın
27-də Türkiyə Böyük Millət Məclisinin Sədri
Cəmil Çiçək ilə
görüşmüşdür.
Baş
nazir Artur Rasizadə Azərbaycan-Türkiyə münasibətlərinin
yüksək səviyyədə, dostluq və qardaşlıq
prinsipləri əsasında inkişaf etdiyini bildirmiş,
qarşılıqlı səfərlərin əhəmiyyətini
vurğulamışdır. Türkiyənin Azərbaycan
üçün doğma olduğunu bildirən Baş nazir
Artur Rasizadə bildirmişdir ki, ölkələrimiz
arasında əlaqələrin qədim tarixi var və bunun
daha da inkişaf etdirilməsi üçün hazırda
böyük imkanlar mövcuddur. Ölkələrimiz
arasında bütün sahələrdə, o cümlədən
iqtisadi sahədə əməkdaşlığın intensiv
olduğunu vurğulayan Artur Rasizadə parlamentlərarası əlaqələrin
rolunu yüksək qiymətləndirmişdir.
Türkiyə
Böyük Millət Məclisinin Sədri Cəmil
Çiçək ölkəmizdə gedən çox
böyük inkişaf proseslərinin şahidi olduğunu
demişdir. "İnkişaf burada daimi yaşayanlara adi
görünə bilər, lakin ölkənizə gələn
qonaqları bu dəyişikliklər yaxşı mənada təəccübləndirir",
-deyən Cəmil Çiçək ölkəsinin qardaş
Azərbaycanın hər bir uğuruna ürəkdən
sevindiyini məmnunluqla qeyd etmişdir.
Türkiyə
Böyük Millət Məclisinin Sədri ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu bir daha vurğulamış, əməkdaşlığın
bütün istiqamətlərdə, o cümlədən
parlamentlərarası əlaqələr sahəsində də
uğurla inkişaf etdiyini bildirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər
bu münaqişənin tezliklə dinc yolla həllini
tapacağına ümidvar olduqlarını demişlər.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.1.