«Ərazi quruluşu və
inzibati ərazi bölgüsü
haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci
bəndinə uyğun olaraq qərara alır:
"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹10, maddə 709; 2004, ¹1, maddə 6; 2007, ¹6, maddə 563; 2008, ¹5, maddə 345; 2009, ¹8, maddə 615; Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 378-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddədə:
1.1. 7.4-cü maddədə "Ərazi" sözü "Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin;
1.2. 7.5.-ci maddənin ikinci cümləsində "Ərazi" sözü "Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin.
2. 8-ci maddədə:
2.1. 8.4-cü maddədə "Ərazi" sözü "Bu qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, ərazi" sözləri ilə əvəz edilsin;
2.2. 8.5-ci maddədə "Ərazi" sözü "Bu qanunun 12-ci maddəsinə uyğun olaraq yeni yaradılan inzibati ərazi vahidinin tabeliyinə verildiyi hallar istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
3. 9.6-cı maddədə "Ərazi" sözü "Bu qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması halları istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
4. 10.3-cü maddədə "Ərazi" sözü "Bu qanunun 12-ci maddəsinə uyğun olaraq şəhər inzibati ərazi vahidinin yaradılması ilə əlaqədar ərazi vahidinə, yaxud bir və ya bir neçə ərazi vahidinin müəyyən ərazisinə şəhər statusu verildiyi hallar istisna olmaqla, ərazi" sözləri ilə əvəz edilsin.
5. 12-ci maddədə:
5.1. maddənin adında "Rayonların və şəhər rayonlarının" sözləri "İnzibati ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin;
5.2. 12.1-ci və 12.2-ci maddələrdə "rayonların və şəhər rayonlarının" sözləri "inzibati ərazi vahidlərinin" sözləri ilə əvəz edilsin;
5.3. 12.3-cü maddədə "Rayonlar və şəhər rayonları" sözləri "İnzibati ərazi vahidləri" sözləri ilə əvəz edilsin;
5.4. 12.3.1-ci maddədə "rayonun və ya şəhər rayonunun" sözləri "inzibati ərazi vahidinin adı," sözləri ilə əvəz edilsin;
5.5. 12.3.2-ci maddədə "rayonun və ya şəhər rayonunun" sözləri "inzibati ərazi vahidinin" sözləri ilə əvəz edilsin;
5.6. 12.4-cü maddə ləğv edilsin;
5.7. 12.6-cı maddədə "Rayonların" sözü "Yeni şəhər, rayon və şəhər rayonu inzibati ərazi vahidlərinin yaradılması halları istisna olmaqla, rayonların" sözləri ilə əvəz edilsin;
5.8.
12.7-ci maddədə "Rayonların və şəhər
rayonlarının" sözü" "Yeni inzibati ərazi
vahidlərinin yaradılması ilə əlaqədar digər
inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi
halları istisna olmaqla, inzibati ərazi vahidlərinin"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 noyabr
2012-ci il
Azərbaycan.-2012.- 28 noyabr.- S.1.