Azərbaycanın Baş
naziri Bolqarıstan parlamentinin Sədri ilə görüşmüşdür
Noyabrın
27-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə səfərdə olan
Bolqarıstan parlamentinin Sədri xanım Tsetska
Tsaçevanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Ölkələrimiz
arasında münasibətlərin inkişafından məmnunluğunu
ifadə edən Baş nazir siyasi sahədə
qarşılıqlı fəaliyyətin yaxşı səviyyədə
olduğunu demiş, iqtisadi əlaqələrin də
genişləndirilməsinin vacibliyini
vurğulamışdır. Baş nazir Artur Rasizadə səfərin
qarşılıqlı iqtisadi perspektivlərə töhfə
verəcəyinə əminliyini bildirmişdir.
Bolqarıstan
parlamentinin Sədri xanım Tsetska Tsaçeva Azərbaycana səfərindən
və ölkəmizlə yaxından tanış olmaq
imkanından məmnunluğunu söyləmişdir. O, burada keçirdiyi
görüşlərin məhsuldar olduğunu
vurğulamış, yeni əməkdaşlığın
genişlənməsinə əminliyini ifadə etmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 28 noyabr.- S.2.