Bakıda QİƏT PM-in Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başlamışdır

 

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başlamışdır.

Azərbaycan Respublikası Milli Məclisinin və QİƏT PM-in Sədri Oqtay Əsədov qonaqları salamlamış, sessiyanın işinə uğurlar arzulamışdır.

O.Əsədov demişdir ki, tədbirdə Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Əminəm ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr təşkilatımızın məqsədlərinə nail olmağımıza kömək göstərəcəkdir.

On doqquz il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi özünü parlamentlərarası dialoqun demokratik forumuxalqlar arasında möhkəm əlaqələr yaratmağın səmərəli vasitəsi kimi təsdiqləmişdir. Parlament Məclisi Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə məkanına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından böyük potensiala malik olduğunu sübuta yetirmişdir.

Müasir dünyada siyasi inkişaf meyillərinin  mühüm bir hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Bu proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli əsasda siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dərinləşməsinə yol açır. Məmnunluq hissi ilə qeyd edirəm ki, QİƏT çərçivəsində həyata keçirilən işbirliyi təşkilatın üzvləri arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinə, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə kömək göstərir.

Azərbaycan Respublikasının Milli Məclisi QİƏT PM çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir. Altı ay bundan əvvəl Azərbaycan parlamenti quruma sədrliyi qəbul etmişbu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışmışdır. Bu müddətdə təşkilatın fəaliyyəti daha da təkmilləşmiş, onun beynəlxalq nüfuzu bir qədər də yüksəlmişdir.

Sədr vurğulamışdır ki, hazırda Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan siyasi, iqtisadi, ekoloji və digər  problemlərin bir çoxunu  ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyildir. Digər tərəfdən, bölgəmizin dünya siyasətində və iqtisadiyyatında artan rolu Qara dəniz ailəsinin bütün üzvləri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır.

Təşkilatımızın üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş iqtisadi layihələr, xüsusən  Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərləri, yekunlaşmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, icrasına hazırlıq görülən TANAP qaz kəməri layihəsi və digər layihələr Qara dəniz bölgəsinin nə qədər böyük potensiala malik olduğunu göstərir. İnanıram ki, getdikcə sayı artan bu layihələr bölgəmizin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaqdır.

Təəssüf ki, indiyədək həll edilməyən bir sıra problemlər, o cümlədən bizim zorla cəlb edildiyimiz  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun dinamik inkişafı yolunda böyük maneəyə çevrilmişdir, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir. Biz əminik ki, bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan ərazi bütövlüyünün toxunulmazlığı prinsipi əsasında tez bir zamanda həll edilməlidir. İnanıram ki, regionumuzun sülhsabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verərdi.

Sonra O.Əsədov iclası açıq elan etmişdir.

Milli Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxumuşdur.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin Sədri (TBMM) Cəmil Çiçək çıxış etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. C.Çiçək  demişdir ki, Qara dəniz regionundakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, bu bölgə bizim ortaq əməkdaşlıq məkanımızdır. Bütün fərqliliklərə  baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir.

Türkiyə parlamentinin Sədri bildirmişdir ki, Qara dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. QİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bunu uğurla həyata keçirir, regionda sülhünsabitliyin bərqərar olması istiqamətində ciddi fəaliyyət göstərir. Regionda sülhsabitliyi təmin etmək üçün biz dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik.

TBMM sədri, həmçinin QİƏT çərçivəsində parlamentlərin sıx əməkdaşlığının mühüm əhəmiyyət daşıdığını bildirmiş, bir sıra təkliflər səsləndirmişdir.

QİƏT-in baş katibi Viktor Tvirkun çıxış edərək görülən işlər və qarşıda duran vəzifələrdən danışmış, təşkilatın son 6 ay müddətində gördüyü işlər barədə məlumat vermişdir.

Baş katib demişdir ki, QİƏT-in Belqrad toplantısında regionun davamlı inkişafını təmin etmək üçün layihələrin reallaşdırılması, bu istiqamətdə, xüsusilə də Qara dəniz regionunda dairəvi nəqliyyat yolunun tikilməsi və bununla da region ölkələri arasında ticarət dövriyyəsinin artırılması əməkdaşlığa öz töhfəsini verəcəkdir.

Baş katib bildirmişdir ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilmişdir.

Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan baş katib demişdir ki, sammitin yekununda bəyannamə qəbul edilmişburada üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürmüşlər. Bu öhdəliklərə əsasən, region ölkələri arasında ticarət dövriyyəsinin artırılması, davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi, təhsil və gənclər sahəsində investisiyaların yatırılması və digər məsələlər aiddir. Baş katib onu da əlavə etmişdir ki, hazırda təşkilata sədrlik edən Türkiyə qurumun regional əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlamışdır. Bu planda əsasən regionun davamlı inkişafı, nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm, texnologiya və digər məsələlər öz əksini tapmışdır ki, bu da regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.

Baş katib yaxın vaxtlarda QİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini, 2013-cü ilin yanvarından isə Ukraynanın QİƏT-ə sədrliyi qəbul edəcəyini bildirmişdir.

Sonra iclas iştirakçıları xatirə şəkli çəkdirmişlər.

İclasda, həmçinin prosedur məsələlərə baxılmış, reqlamentə dəyişikliklər edilmiş, QİƏT PA-nın yaranmasının XX ildönümü ilə bağlı bəyannamə qəbul olunmuşdur.

Daha sonra QİƏT PA sədrinin müavinləri, QİƏT PA-nın baş katibinin inzibati və maliyyə məsələləri üzrə müavini seçilmiş, Assambleyanın 2013-cü il yaz sessiyasının tarixiyeri müəyyənləşdirilmişdir.

Türkdilli Ölkələrin Parlament Assambleyasına QİƏT-də müşahidəçi statusu verilmişdir.

Plenar sessiyada qurumun iqtisadiyyat, ticarət, texnolojiekoloji məsələlər komitəsinin təqdimatında "QİƏT ölkələrinin dözümlü iqtisadi inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu" mövzusunda məruzə dinlənilmişdir. Quruma üzv dövlətlərin nümayəndələri məsələyə münasibət bildirmişlər. Məruzəyə dair tövsiyə layihəsi müzakirə edilərək qəbul olunmuşdur.

İş gününün sonunda qurumun Hüquqisiyasi məsələlər komitəsindən daxil olmuş "QİƏT-ə üzv dövlətlərdə kibertəhlükəsizliyin möhkəmlənməsində parlamentlərin rolu" məsələsinə də baxılmışdır. Məruzədən sonra müvafiq tövsiyə layihəsinə dair fikir mübadiləsi aparılmış və sənəd səsə qoyularaq qəbul edilmişdir.

Bununla da QİƏT PM-in Baş Assambleyasının 40-cı plenar sessiyası bugünkü işini yekunlaşdırmışdır.

Sessiya noyabrın 28-də öz işini davam edəcək, QİƏT-ə üzv dövlətlərin şəhərlərinin iqtisadi, ekoloji, mədəni, sosial inkişafının problemləri, iqtisadi-ticari, texnolojiekoloji, hüquqisiyasi məsələlər müzakirə olunacaqdır.

İclasın sonuncu günü rotasiya qaydasında QİƏT PM-ə sədrlik Azərbaycandan Bolqarıstana veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.2.