Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
ölkələri 28 noyabr.- Sqeyri-hökumət
təşkilatlarının birinci forumu keçirilmişdir
Noyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının təşkilatçılığı ilə
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QİƏT) ölkələri qeyri-hökumət təşkilatlarının
birinci forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, forumun məqsədi quruma üzv ölkələrin
QHT-ləri arasında əməkdaşlığın əlaqələndirilməsi,
regionda reallaşdırılan layihələrə ictimai dəstək
verilməsi, qarşılıqlı əlaqələrə,
münaqişələrin aradan qaldırılması təcrübəsinə
vətəndaş cəmiyyəti institutlarının
potensialının sərf edilməsidir.
Forumu
giriş sözü ilə açan Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri Azay
Quliyev tədbirin Bakıda keçirilməsinin əhəmiyyətindən
danışmışdır. A.Quliyev Azərbaycanda kifayət
qədər təcrübəyə malik QHT-lərin fəaliyyət
göstərdiyini diqqətə
çatdırmışdır. Forumda Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov dövlət
başçısı İlham Əliyevin Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri
qeyri-hökumət təşkilatlarının birinci forumunun
iştirakçılarına müraciətini oxumuşdur.
Mərasimdə
çıxış edən Milli Məclis sədrinin
müavini Bahar Muradova forumun Bakıda keçirilməsinin əhəmiyyətini
yüksək qiymətləndirmiş, Azərbaycanda QHT-lərə
Dövlət Dəstəyi Şurasının
gördüyü işlərin,
həyata keçirilən layihələrin əhəmiyyətindən
danışmışdır. B.Muradova bildirmişdir ki,
şura tərəfindən bu layihə və tədbirlər
dövlətin dəstəyi nəticəsində həyata
keçirilir. Azərbaycanda Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin 40-cı plenar
sessiyasının keçirildiyini də diqqətə
çatdıran Milli Məclis sədrinin müavini belə
beynəlxalq tədbirlərin reallaşdırılmasında
ictimai dəstəyin vacibliyini diqqətə
çatdırmışdır. B.Muradova forumda çox vacib məsələlərin
müzakirə ediləcəyinə ümidvar olduğunu
bildirmişdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında Türkiyə qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmayıl Safi Bakıda keçirilən birinci forumun əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Tədbirdə forumun nizamnaməsi müzakirə olunmuşdur.
Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunun Bakı bəyannaməsi qəbul olunmuşdur.
Forumda
Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Rusiya,
Rumıniya, Türkiyə, Ukrayna və başqa ölkələrin
nüfuzlu QHT-lərinin rəhbərləri, ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq təşkilatların
və diplomatik korpusların nümayəndələri, həmçinin
Azərbaycanın dövlət və hökumət rəsmiləri
iştirak etmişlər.
Azərbaycan.-2012.-28 noyabr. -S.3.