Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı ölkələri
qeyri-hökumət təşkilatlarının
birinci forumunun Bakı bəyannaməsi qəbul olunmuşdur
AzərTAc
xəbər verir ki, bəyannamənin müddəaları
forumun təsis edilməsini, nizamnamənin qəbul
olunmasını və fəaliyyətin davamlı əlaqələndirilməsi
üçün katibliyin yaradılmasını özündə
əks etdirir.
Bəyannamədə
bildirilir ki, QİƏT ölkələri hökumətlərinin
regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə,
mövcud münaqişələrin beynəlxalq hüquq
normaları və ölkələrin ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin
toxunulmazlığı prinsipləri çərçivəsində
həllinə, etnik separatizmə və terrorizmə
qarşı mübarizə tədbirlərinin həyata
keçirilməsinə yönələn təşəbbüsləri,
vətəndaş cəmiyyəti institutlarının ictimai dəstəyi
təmin edilsin.
Bəyannamədə
QİƏT ölkələrində demokratiyanın
inkişafı və insan haqlarının qorunması məsələləri
QHT-lərin diqqət mərkəzinə çəkilərək
deyilir: "Üzv ölkələrdə demokratiyanın
inkişafı, insan hüquqları və azadlıqlarının qorunması
naminə bu dəyərləri bölüşən
bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın
gücləndirilməsi region QHT-ləri tərəfindən
daim təşviq edilsin və onların bu yöndə həyata
keçirdikləri layihələr dəstəklənsin".
Azərbaycan.-2012.- 28 noyabr.- S.3.