Şəhər içərisində unikal şəhər

 

Tarixiarxeoloji materiallar,  tədqiqatlar göstərir ki, Azərbaycanın bir çox kəndləri kimi, gündən-günə gözəlləşən paytaxt Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bakının kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində neftduz kimi  təbii sərvətlərin olması mühüm əhəmiyyət daşıyıb.

Bakı hələ qədim zamanlardan təkcə Cənubi Qafqazda deyil, eləcə də Yaxın Şərqdə əhalinin sıx məskunlaşdığı şəhərlərdən biri kimi tanınmışdır. Əlverişli iqlimi, coğrafi şəraiti, təbii sərvətlərin bolluğu, buradan keçən beynəlxalq əhəmiyyətli ticarət yolları şəhərin iqtisadi cəhətdən inkişafına kömək etmişdir. Hələ eramızın əvvəllərində yunan-Roma astronomu və coğrafiyaşünası Klavdi Ptolemey (70-147-ci illər) "Coğrafiya dərsliyi" kitabında Albaniyanın ərazisindəki 28 şəhərin adını çəkərkən Bakını Barukaya Qaytara kimi göstərmişdir.

Müasir, inkişafına görə Avropanın bir çox  mədəniyyət mərkəzlərini yarıyolda qoyan paytaxt Bakımızın dünənini, tarixinin qədimliyini qoruyub saxlayan İçərişəhər çox əcnəbini bu günheyran qoymaqdadır.

Hündür təpə üzərində amfiteatr formasında salınan İçərişəhərin aşağıdan qapısı  Xəzərə açılır. Üçqat qala divarları, Qız qalası və digər qurğuları ilə şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladır. Digər orta əsr şəhərləri kimi, qala divarı içində olan bütün binalar (Şəhristan) da taktikistrateji baxımdan müdafiə xarakteri daşıyırdı.

İçərişəhərin tarixin  daş yaddaşı olaraq qorunub saxlanması bütün dövlərdə olduğu kimi, bu günöz aktuallığını saxlayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması da məhz bu məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin 16 may 2007-ci il tarixli fərmanı ilə fəaliyyətə başlayan idarənin yaradılmasının əsas məqsədi həmçinin İçərişəhər ərazisindəki abidələrin və bütövlükdə memarlıq - şəhərsalma kompleksinin lazımi səviyyədə qorunub saxlanmasının və gələcək nəsillərə çatdırılması üçün özündə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının funksiya və səlahiyyətlərini birləşdirən unikal idarəetmə sisteminin təşkil olunmasıdır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında təsdiq olunmuş əsasnaməyə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu "Bakı şəhərində "İçərişəhər"in, ŞuşaOrdubad şəhərlərinin tarixi hissələrinin tarix-memarlıq qoruğu elan edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 10 avqust tarixli 280 nömrəli qərarına əsasən, təşkil edilmişdir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş qaydada Qoruqonun ərazisində olan tarix, memarlıq və mədəniyyət abidələri əhəmiyyət dərəcələrinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahılarına daxil olunmuşdur. Qoruğa daxil olan Şirvanşahlar saray kompleksi və Qız qalası 2000-ci il 2 dekabr tarixdə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Qoruğun ərazisi 22 hektardan artıqdır. Sərhədləri İçərişəhərin mövcud qala divarları, Neftçilər prospekti və Ə.Əliyev küçəsi hüdudlarında məhdudlaşır. Nəhayət, Qoruq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 10 fevral tarixli 629 nömrəli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə edilir.

 Qoruğun əsas məqsədi onun ərazisində yerləşən abidələrin elm və mədəniyyətin inkişafı üçün öyrənilməsini, onlardan məqsədyönlü istifadə olunmasını, habelə həcm-planlaşma quruluşunun qorunmasını, tarix-memarlıq abidələrinin bərpasını və toxunulmazlığını təmin etməkdən ibarətdir. Əlbəttə, idarənin daşıdığı funksiyalar yalnız bunlardan ibarət deyil. Abidələrin elmi, mədəni və tarixi əhəmiyyətinin təbliği, bu məqsədlə sərgilərin, fotostendlərin, ekskursiyaların, mühazirələrin, sənədli və qısametrajlı filmlərin hazırlanması, elmi-kütləvi ədəbiyyatın nəşrinin təşkili kimi mühüm işlərin görülməsi də Qoruğun əsasnaməsinə əsasən, daşıdığı funksiyalar sırasına daxildir. Müəyyən olunmuş qaydada tarix və mədəniyyət abidələrinin aşkar edilməsinin siyahıya və dövlət qeydiyyatına alınması, pasportlaşdırılması, onların qorunmasının, funksional təyinatının, memarlıq-estetik görünüşününuzunömürlüyünün təmin edilməsi üçün tədbirlərin görülməsi kimi vacib məsələlər də Qoruq idarəsinin daşıdığı  vəzifələr sırasındadır.

Qoruğun ərazisində yerləşən elmi, tarixi və mədəni əhəmiyyəti olan bütün abidələr dövlət tərəfindən qorunur, onların bədii estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq olaraq, Qoruğun ərazisində yerləşən, dövlət və bələdiyyə mülkiyyətində olan dünya və ölkə əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi yolverilməzdir. Dövlət və bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri müqavilə əsasında elmi, mədəni, dini xidmət və turizm məqsədləri üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Buradakı abidələri və ya ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurulmamalı və təsərrüfat işləri zamanı mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına idarənin və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

İçərişəhərdə yüzlərlə tarixi abidə var ki, bunlardan 4-ü dünya, 28-i isə yerli əhəmiyyətlidir. İçərişəhər şəhər içərisində unikal şəhərdir. Onun unikallığı eyni zamanda öz infrastrukturu və yaşayış massivləri ilə birlikdə canlı orqanizm olmasıyla ölçülür. Burada 1500-ə yaxın ailə yaşayır. Tarixlərin görüş yeri olan İçərişəhərdə bir neçə muzey, 18 hotel, 100-dən artıq ticarət və iaşə obyektləri fəaliyyət göstərir.

İçərişəhər qalasının divarlarının hündürlüyü 8-10, eni isə 3,5 metrə çatır.

Unikal tarixi abidələrlə zəngin olan İçərişəhər turizm üçün maraqlı məkanlardan birinə çevrilir. Dincəlmək üçün çox romantik bir yerdir ki, burada orta əsrlərə səyahət etmək, o dövrün ruhunu duymaq mümkündür. Dünya əhəmiyyətli abidələr sırasına düşən Qız qalası, Şirvanşahlar saray kompleksi, Məhəmməd məscidi və digər bu kimi maddi mədəniyyət nümunələri də buradadır...

 

 

 Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 28 noyabr.- S.11.