Bakıda I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı
və geyimi, həmçinin gənclər təşkilatlarının
IV Respublika sərgiləri açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
sərgilərlə tanış olmuşdur
Noyabrın
28-də Bakı Sərgi Mərkəzində I Azərbaycan
Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin
gənclər təşkilatlarının IV Respublika sərgiləri
açılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva sərgilərlə
tanış olmuşlar.
Gənclər
və idman naziri Azad Rəhimov dövlət
başçısına və xanımına məlumat verdi
ki, ölkəmizdə ilk dəfə keçirilən idman,
idman ləvazimatı və geyimi beynəlxalq sərgisi Azərbaycanda
idmanın inkişafına göstərilən diqqətin təzahürüdür.
Sərginin əsas məqsədlərindən biri bu sahədə
irihəcmli infrastruktur layihələrinə investisiyaların
cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda
"İdman ili" elan olunması, Londonda keçirilən
Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan
idmançılarının yüksək nailiyyətləri də
bu sərginin əhəmiyyətini artıran mühüm amillər
sırasındadır. Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə keçirilən idman, idman ləvazimatı
və geyimi sərgisi öz meydançasında 50
iştirakçını, o cümlədən Azərbaycanın
idman federasiyaları və klublarını, idman malları və
xidmətlərinin yerli və xarici
istehsalçılarını, eləcə də ictimai təşkilatları
bir araya gətirmişdir.
Diqqətə
çatdırıldı ki, sərgidə idman obyektlərinin
təchizatı sahəsində mütərəqqi həll
variantları, idman qurğuları və ləvazimatları,
habelə trenajorlar təqdim olunur. Sərgi ekspozisiyasının
böyük hissəsini Azərbaycanda idmanın inkişaf
etmiş populyar növləri ilə məşğul olan
müxtəlif federasiyalar tutur. Belə ki, bu
iştirakçıların siyahısına boks, futbol,
taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı,
stolüstü tennis, yelkənli qayıq idmanı,
üzgüçülük və idmanın digər növləri
ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın
Olimpiya və Paralimpiya komitələri də sərginin fəal
iştirakçılarıdır. Azərbaycanda idman sənayesinin
inkişafını əks etdirən sərgi idman
komandaları, klublar və federasiyaların fəaliyyəti ilə
bağlı geniş məlumat bazasını nümayiş
etdirir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin
pavilyonları ilə tanış oldular.
Bu il
20 illiyi qeyd edilən Milli Olimpiya Komitəsinin həyata
keçirdiyi tədbirlərdən bəhs edən ekspozisiya ilə
tanış olan dövlət başçısına daha
sonra Azərbaycan Taekvondo və Boks federasiyalarının fəaliyyəti
barədə də məlumat verildi.
Azərbaycan
Şahmat Federasiyasının ekspozisiyasında Prezident
İlham Əliyevi Beynəlxalq Şahmat Federasiyasının
prezidenti Kirsan İlümjinov qarşıladı.
Azərbaycan
şahmatının uğurlarının geniş əks
olunduğu ekspozisiya ilə tanışlıq zamanı
bildirildi ki, artıq milli şahmat federasiyasının yeni
binasının layihəsi hazırdır.
Bu
barədə dövlət başçısına məlumat
verən Kirsan İlümjinov daha sonra Prezident İlham Əliyev
ilə şahmat oynadı.
Sərgidə
federasiyalarla yanaşı, idman geyimləri istehsal edən
şirkətlər də təmsil olunur. Ölkəmizin ilk
idman brendi olan "Novco sport" hazırda idman geyimlərinin əsas
istehsalçısı kimi komanda və klub rəhbərlərinə
xarici ölkələrə getmədən öncə
seçim və sifarişlərini Azərbaycanda etmək
imkanı yaradır.
Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası da yarandığı
vaxtdan ölkədə idmanın inkişafına dəstək
verir. Bu ilin sentyabrında 17 yaşadək qadınlar
arasında futbol üzrə dünya çempionatının
ölkəmizdə keçirilməsi bir daha Azərbaycan
futbolunun inkişafına yaradılan əlverişli şəraitdən
xəbər verir.
Ekspozisiya
ilə tanışlıq zamanı Prezident İlham Əliyevə
futbol üzrə Azərbaycan milli yığmasının geyimi
təqdim olundu.
Azərbaycan
Hava və Ekstremal İdman Növləri Federasiyası da sərgidə
iştirak edir. 2005-ci ildən fəaliyyət göstərən
federasiyanın xətti ilə qısa vaxtda ölkəmizdə
dağ idman növünün inkişafı genişlənmiş,
48 klub yaradılmışdır. 2013-cü ildə idman
dırmanması üzrə dünya kubokunun sürətli mərhələ
yarışı Bakıda keçiriləcəkdir.
Son
illərin idman uğurları sırasında Azərbaycan
Gimnastika Federasiyasının fəaliyyəti də diqqəti
cəlb edir. Hazırda 4 gimnastika növünü özündə
birləşdirən federasiya son on ildə bir çox beynəlxalq
yarışlar keçirmiş, Azərbaycan
idmançıları yüksək nailiyyətlər
qazanmışlar.
Dövlət
başçısının diqqətinə
çatdırıldı ki, idman, idman ləvazimatı və
geyimi sərgisi ilə eyni meydançada gənclər təşkilatlarının
IV Respublika sərgisi də keçirilir. Azərbaycanın 76
gənclər təşkilatının iştirak etdiyi sərginin
əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının
fəaliyyəti, onların həyata keçirdiyi layihə və
tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə
cəlb edilməsi haqqında məlumat verməkdir.
Müxtəlif
sahələrdə fəaliyyət göstərən gənclər
təşkilatlarının əldə etdiyi uğurları
yetərincə əks etdirən sərgidə Xaricdə Təhsil
Alan və Məzun olan Azərbaycanlı Tələbələrin
Beynəlxalq Forumu (ASAİF) ilə yanaşı,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
üstünlük verən gənclər təşkilatlarının
nailiyyətləri də nümayiş etdirilir.
Sərgidə
2011-ci ildə yaradılan Azərbaycan Gənclər Fondunun fəaliyyəti
də diqqəti cəlb edir. Gənclər siyasəti sahəsində
dövlət və cəmiyyət üçün əhəmiyyətli
layihələrin dəstəklənməsinə xüsusi diqqət
yetirən fond gənclərin inkişafını təmin edən
müxtəlif regional və beynəlxalq layihələrin
hazırlanıb həyata keçirilməsinə dəstək
verir. İndiyədək 240 qeyri-hökumət təşkilatı
və 174 yaradıcı və istedadlı gəncin qeydiyyatdan
keçdiyi fond 135 layihəni dəstəkləmişdir.
Bu
prosesdə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
dövlət proqramı da xüsusi rol oynayır. Bu proqram
çərçivəsində həyata keçirilən
layihələr bütün ölkəni əhatə edir.
Onlardan biri də "Azərbaycan tələbə
kartı" layihəsidir.
Layihə
ilə bağlı məlumat verildikdən sonra ilk "Azərbaycan
tələbə kartı" dövlət
başçısına təqdim olundu.
Bildirildi
ki, ölkəmizdə indiyədək 17 Gənclər Mərkəzi
istifadəyə verilmişdir. 2015-ci ildə onların
sayının 38-ə çatdırılması
planlaşdırılır.
Digər
layihə vətənpərvərlik ruhunda - "Odlar
yurdu" və "İşğal altında" milli
kompyuter oyunlarının hazırlanması və ictimaiyyətə
təqdim olunmasıdır. Bununla yanaşı, gənclər
arasında vətənpərvərlik ruhunun yüksək səviyyədə
saxlanması üçün müxtəlif telelayihələr
də hazırlanıb efirə verilir.
Bu
gün Azərbaycan gəncliyinin beynəlxalq fəaliyyəti
də diqqəti cəlb edir. Bu sırada Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının (RAGT)
gördüyü işlər təqdirəlayiqdir. Rusiyada azərbaycanlı
gənclərin birləşdiyi təşkilat funksiyasını
yerinə yetirən RAGT-nin əsas fəaliyyət istiqamətlərindən
biri də azərbaycanlı gənclərin Rusiyanın ictimai
həyatındakı rolunu artırmaqdır. Bununla
bağlı bir çox layihələrə imza atan RAGT-nin
indi Rusiyanın müxtəlif bölgələrində yerli təşkilatlarının
yaradılması istiqamətində işlər davam etdirilir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan
Gənclər Təşkilatları Milli Şurasının,
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının fəaliyyəti ilə də
tanış oldular.
Dövlət
başçısına Azərbaycan gənclərinin
ictimai-siyasi fəallığının
artırılmasında mühüm rol oynayan "İrəli"
İctimai Birliyinin həyata keçirdiyi layihələr barədə
də məlumat verildi.
Prezident
İlham Əliyev sərgilərin işinə uğurlar
arzuladı.
Sərgilər
işini noyabrın 30-da başa çatdıracaqdır.
AzərTAc
Azərbaycan.-2012.- 29 noyabr.- S.1.