Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın Baş nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də
Latviya Respublikasının Baş naziri Valdis Dombrovskisin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Azərbaycan
ilə Latviya arasında ikitərəfli münasibətlərin
inkişafının razılıq doğurduğunu
vurğulayan dövlət başçısı yüksək
səviyyəli qarşılıqlı səfərləri bu
münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Latviyaya rəsmi səfəri zamanı Baş nazir Valdis
Dombrovskislə görüşünü məmnunluqla
xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə
bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi
ilə bağlı məsələlərin müzakirəsi
üçün yaxşı imkan yaradacağına ümidvar
olduğunu bildirdi. Əməkdaşlığımızın
yeni istiqamətlərinin müəyyənləşdirilməsində
Hökumətlərarası birgə Komissiyanın rolunu
vurğulayan dövlət başçısı əlaqələrimizin
daha da möhkəmləndirilməsi üçün
yaxşı potensialın olduğunu dedi. Prezident İlham Əliyev Latviya Respublikasının Baş
naziri Valdis Dombrovskisin ölkəmizə səfərinin
uğurlu olacağına əminliyini ifadə etdi.
Azərbaycana
ilk dəfə səfər etdiyini vurğulayan Latviya
Respublikasının Baş naziri Valdis Dombrovskis
paytaxtımızda gedən yüksək inkişaf proseslərinin
onda böyük təəssürat yaratdığını
dedi. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın
genişləndirilməsi üçün böyük
imkanların olduğunu vurğulayan Baş nazir əlaqələrimizin
möhkəmləndirilməsində müxtəlif səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd etdi. Ölkələrimiz arasında son illər ticarət
dövriyyəsinin artdığını vurğulayan Valdis
Dombrovskis iş adamlarından ibarət böyük nümayəndə
heyəti ilə Azərbaycana səfər etməsini ölkəmizlə
əməkdaşlığın genişləndirilməsinə
olan marağın göstəricisi kimi dəyərləndirdi.
AzərTAc
Azərbaycan.-2012.- 29 noyabr.- S.1.