Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan arasında «Avropa, Qafqaz və Orta Asiya nəqliyyat dəhlizi
Sazişi» imzalanmışdır
Azərbaycan,
Türkiyə, Gürcüstan və Qazaxıstan arasında
"Avropa, Qafqaz və Orta Asiya nəqliyyat dəhlizi
Sazişi" imzalanmışdır.
Türkiyənin İzmir şəhərində keçirilmiş 6 ölkədən nazir, 6 ölkədən isə nazir müavini və məsul şəxslərin iştirakı ilə keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısından sonra baş tutmuş imzalama mərasimində sazişi Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın nəqliyyat naziri Georgi Kıvınaşvili və Qazaxıstanın nəqliyyat nazirinin müavini Kairat Absattarov imzalamışlar.
Toplantıda TRACECA proqramı çərçivəsində niyyət protokolu və Türkiyə, Azərbaycan və Gürcüstan arasında Bakı-Batumi-Trabzon magistral avtomobil yolunun beynəlxalq standartlara uyğun olaraq rekonstruksiyasına dair B.Yıldırım, Z.Məmmədov və G.Kıvınaşvili əməkdaşlıq sazişi də imzalamışlar.
QİƏT
ölkələrinin nəqliyyat nazirləri təşkilat
çərçivəsində həyata keçirilən nəqliyyat
layihələrinin perspektivlərini,
yükdaşımaların son vəziyyətini və
kommunikasiya sahəsində yeni layihələri də
müzakirə etmişlər.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2012.- 29 noyabr.- S.5.