Prezident İlham Əliyev
Kot d-İvuarın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da
Kot d-İvuar Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Bernar Tano-Buçuenin etimadnaməsini qəbul etmişdir.
Səfir
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Bernar Tano-Buçue
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Səfir Bernar Tano-Buçue Kot d-İvuar Respublikasının Prezidenti
Alasane Ouattaranın salamlarını dövlət
başçısına çatdırdı. Diplomat Bernar
Tano-Buçue öz ölkəsinin rəhbərliyinin
Azərbaycan ilə ikitərəfli münasibətlərin
inkişaf etdirilməsində
maraqlı olduğunu dedi. Ölkələrimizin
əməkdaşlıq imkanlarının
böyük potensiala malik olduğunu vurğulayan kot d-ivuarlı diplomat əlaqələrimizin
inkişafı istiqamətində
səylərini əsirgəməyəcəyini
dedi.
Dövlət başçısı Azərbaycan
Respublikası ilə Kot d-İvuar Respublikası arasında ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi
üçün əməkdaşlıq
imkanlarının öyrənilməsinin
zəruriliyini vurğuladı. Prezident İlham
Əliyev səfirə
ölkəmizdəki diplomatik
fəaliyyətində uğurlar
arzuladı.
Dövlət başçısı Prezident
Alasane Ouattaranın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kot d-İvuar dövlətinin başçısına
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2012.- 30 noyabr.- S.1.