Prezident İlham Əliyev
Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da
Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Damir Dzankonun etimadnaməsini qəbul etmişdir.
Diplomat
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Səfir
Damir Dzanko etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan
Prezidenti səfirlə
söhbət etdi.
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana uğurlu səfərini məmnunluqla
xatırlayan dövlət
başçısı səfər
zamanı ikitərəfli
münasibətlərimizin inkişafı
ilə bağlı mühüm məsələlərin
müzakirə edildiyini
qeyd etdi. Prezident İlham
Əliyev ölkələrimiz
arasında əlaqələrin
müxtəlif istiqamətlərdə,
o cümlədən enerji,
nəqliyyat, infrastruktur,
sərmayə qoyuluşu,
turizm və digər sahələrdə
genişləndirilməsi üçün
böyük potensialın
olduğunu bildirdi.
Dövlət başçısı səfirə fəaliyyətində
uğurlar arzuladı.
Səfir Damir Dzanko Bosniya
və Herseqovinanın
Rəyasət Heyətinin
Sədri Bakir İzetbeqoviçin salamlarını
dövlət başçısına
çatdırdı. O, Azərbaycan
ilə Bosniya və Herseqovina arasında ikitərəfli
münasibətlərin inkişafında
ölkəsinin dövlət
başçısının Azərbaycana tarixi səfərinin əhəmiyyətini
vurğuladı. Ölkələrimiz
arasında əməkdaşlığın
müxtəlif sahələrdə
genişləndirilməsi üçün
yaxşı imkanların
olduğunu bildirən
Damir Dzanko Azərbaycandakı diplomatik
fəaliyyəti dövründə
bu istiqamətdə səylərini əsirgəməyəcəyini
dedi.
Dövlət başçısı Bakir
İzetbeqoviçin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədrinə
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.-2012.- 30 noyabr.- S.1.