Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8,
III kitab, maddə 586, ¹12, maddə 835; 2001, ¹ 7, maddə 455;
2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə
463; 2004, ¹ 6, maddə 399; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 11, maddə
929; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr
1197, 1218; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010,
¹ 3, maddə 171, ¹ 4, maddə 275, ¹ 7, maddə 591; 2011, ¹ 2, maddələr
70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə 600, ¹ 12, maddə 1107; Azərbaycan
Respublikasının 2012-ci il 20 aprel tarixli 324-IVQD nömrəli
qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.
84.1-ci maddədə "həftədə bir dəfə"
sözləri "həftədə iki dəfə"
sözləri ilə, "ayda iki dəfə" sözləri
"həftədə bir dəfə" sözləri ilə
əvəz edilsin.
2.
84.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
"84.5.
Cinayət təqibinin, cəzanın icrası prosesində
ictimai qaydanın, təhlükəsizliyin və rejim tələblərinin
təmin edilməsi, yeni cinayətlərin və digər
hüquqpozmaların törədilməsinin
qarşısının alınması, onlardan zərər
çəkmiş şəxslərin müdafiəsi zərurəti
yarandıqda cəzaçəkmə müəssisəsinin
müdiriyyətinin əsaslandırılmış qərarı
ilə məhkumların telefon danışıqlarına nəzarət
edilir.".
3. 122.2.4-cü
maddədə "iki dəfə" sözləri
"dörd dəfə" sözləri ilə əvəz
edilsin.
4.
140.5-ci maddədə "ildə on iki dəfə"
sözləri "ayda iki dəfə" sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 oktyabr
2012-ci il
Azərbaycan.-2012.- 30 noyabr.- S.2.