Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında vətəndaşların sosial müdafiəsi sisteminin, xüsusən də pensiya təminatı sisteminin müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 30 noyabr.- S.2.