Dublində Azərbaycan tərəfinin sədrliyi ilə GUAM

 Xarici İşlər Nazirləri Şurasının XX iclası olmuşdur

 

Ukraynanın paytaxtında GUAM-ın Katibliyindən AzərTAc-a bildirmişlər ki, dekabrın 7-də Dublində (İrlandiya) ATƏT-in xarici işlər nazirlərinin XIX görüşü çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) XX iclası olmuşdur. İclasda Azərbaycan Respublikası XİN-in başçısı Elmar Məmmədyarov (iclasın sədri), Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze, Ukrayna xarici siyasət idarəsinin başçısı Konstantin Qrişşenko, Moldova Respublikasının xarici işlər və Avropa inteqrasiyası naziri Yuriye Lyanke, GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.

İclasda birgə siyasi fəaliyyət, profil tərəfdaşlığı, tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri nəzərdən keçirilmişdir.

Tərəflər GUAM-ın əsas tərəfdaşlarının nümayəndə heyətləri ilə məsləhətləşmələr aparılması üçün BMT-nin "Protracted conflicts in the GUAM area and their implications for international peace, security and development" qətnaməsinin layihəsini razılaşdırmışlar.

Həmçinin BMT BM-nin cari sessiyasında BMT-nin "Cooperation between the United Nations and the Organization for Democracy and Economic Development - GUAM" qətnaməsi layihəsinin təsdiqi mövzusu da müzakirə olunmuşdur.

İclasın bütün iştirakçıları GUAM-ın Parlament Assambleyası sədrinin növbəti iclası cari il dekabrın 19-20-də Bakıda keçirmək qərarını alqışlamışlar.

Tərəflər xüsusən nəqliyyat, turizm, iqtisadiyyat ticarət, mədəniyyət, elm təhsil, habelə energetika sahəsində profil əməkdaşlığının inkişafı məsələlərini müzakirə etmişlər.

XİNŞ Mədəniyyət, Elm Təhsil üzrə İşçi Qrupun Turizm üzrə İşçi Qrupun yenidən formalaşdırılması haqqında qərar, habelə 2013-2014-cü illəri əhatə edən dövr üçün GUAM-ın sahə işçi qruplarının koordinator ölkələrinin təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

İclasda həmçinin GUAM-ın tərəfdaş ölkələr digər beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.

XİNŞ "yaşıl energetika", nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı sahəsində layihələrin həyata keçirilməsi üçün Yaponiya tərəfinə minnətdarlığını ifadə etmiş ümidvar olduğunu bildirmişdir ki, fəal əməkdaşlıq davam etdiriləcəkdir.

Tərəflər GUAM-ın təşkilati fəaliyyəti məsələlərini müzakirə etmişlər.

GUAM XİNŞ-nin növbəti iclasının nə vaxt və harada keçirilməsi diplomatik kanallarla razılaşdırılacaqdır.

 

Azərbaycan.-2012.- 9 dekabr.- S.4.